Messi Argentina millisi ilə vida matçı barədə: “Artıq həmin məqam gəlib çatdı“
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə Argentina milli komandasının kapitanı Lionel Messi yığmanın heyətində keçirəcəyi vida matçı barədə hisslərini bölüşüb.
Moderator.az Sports.ru-ya istinadən xəbər verir ki, oktyabrın 7-də argentinalıların Benin yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü Messinin millidə son matçı olacaq.
"Artıq həmin məqam gəlib çatdı. Mən arxayın gedirəm, meydanda hər şeyimi verdim. Bu forma mənim arzum, qürurum və həyatım idi. Məni belə sevdiyiniz üçün təşəkkür edirəm, dəstəyiniz üçün minnətdaram. Siz həmişə mənim qəlbimdə olacaqsınız" , - deyə Messi vurğulayıb.
Oktyabrın 5-də komandanın düşərgəsinə qoşulan ulduz futbolçu artıq son məşqini də tamamlayıb.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina milli komandasının şərəfini qoruyur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Oktyabr 2026 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















