Nə Azərbaycan, nə də Türkiyə bir birindən vaz keçəsidir
Icma.az, Newscenter.az portalına istinadən məlumat yayır.
Azərbaycan Prezidentinin hansı tədbirə gedib, ya getməyəcəyi onun müstəsna işidir və buna şəxsən Prezident özü qərar verir. Kimsə niyə Prezident harasa gəlmədi deyə bunu sorğulaya bilməz. Hər nə səbəbə Prezident belə qərar veribsə, deməli, belə lazım olub.
Prezidentin TDT tədbirinə qatılmaması da hələ Azərbaycanın bu quruma artıq soyuq baxdığı, başqa istiqamət tutacağı anlamına gəlmir. Ölkələr arasında gərginlik var və bu gərginliyin əsl səbəbləri tərəflərin yüksək səviyyədə idarəçilərinə bəllidir. Kənar mülahizələrlə vəziyyəti gərginləşdirmək lazım deyil.
Nə Azərbaycan, nə də Türkiyə bir-birindən vaz keçəsi deyil. Gərginliyin açıq müstəviyə çıxması onu göstərir ki, səbəb hansısa prinsipial məsələdir. Burda çox versiyalar var, amma hamısı sadəcə iddiadan ibarətdir. Yaşayıb görəcəyik. Başqa məsələlər olsa idi, regional, ya geosiyasi, günlərlə mülahizələr irəli sürüb müzakirə etmək olardı. Amma, məsələ Azərbaycan və Türkiyə olunca hər iki tərəfin susması məsləhətdir.
Azər Qasımov
Bu mövzuda digər xəbərlər:Nə Azərbaycan, nə də Türkiyə Zəngəzur dəhlizindən imtina edəcək ŞƏRH
22 Mart 2025 14:03
Azərbaycan Türkiyə gərginliyində sizlər nə etdiniz?
18 Oktyabr 2026 21:03
Azərbaycan və Türkiyə bir birindən ayrılmaz bütövdür Dövlət Bağçalı
17 Oktyabr 2026 20:23
Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın bu layihəsini qəbul etməyəcək Politoloq
28 Yanvar 2025 16:50
Baxış sayı:84
Bu xəbər 30 Oktyabr 2026 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















