Messi Madriddə yanğından zərər çəkən bölgəyə 80 min avro ianə edib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Lionel Messi Madrid Muxtar İcmasının Syerra-Oeste bölgəsində baş vermiş yanğınlardan zərər çəkmiş ərazinin bərpası üçün 80 min avro ianə edib.
İdman.biz xəbər verir ki, bu barədə "The Touchline" məlumat yayıb.
Madrid Muxtar İcmasının prezidenti İsabel Dias Ayuso səkkizqat “Qızıl top” sahibinə bu addımına görə təşəkkür edib və bölgə sakinlərinin yaxın vaxtlarda argentinalı ulduzla şəxsən görüşəcəyinə ümid etdiyini bildirib.
“Ona təşəkkür etmək istəyirəm və demək istəyirəm ki, Madrid sakinləri onu tezliklə qarşılamağa və layiq olduğu alqışları ona hədiyyə etməyə ümid edirlər”, – deyə Ayuso bildirib.
Hazırda “Barselona”nın sabiq hücumçusu ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir.
Qeyd edək ki, Messi 2026-cı il dünya çempionatında Argentina millisi ilə finala yüksəlib. Həlledici görüşdə argentinalılar İspaniya millisinə məğlub olublar.
Baxış sayı:92
Bu xəbər 04 Avqust 2026 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















