Messi: Özümə çox əsəbiləşmişdim
Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Argentina millisinin kapitanı Lionel Messi DÇ-2026-nın 1/8 finalında Misir üzərində qazanılan 3:2 hesablı qələbədən danışıb.
QOL.az xəbər verir ki, 39 yaşlı forvard sevincindən ağladığını deyib:
"Bu, sevinc və rahatlıq göz yaşları idi. Çünki mübarizəni davam etdirmək istəyirdik. Oyunda baş verənlərə və qələbə üçün gördüyümüz bütün işlərə görə belə hisslər keçirdim. Penaltini dəqiq yerinə yetirə bilmədiyimə görə özümə çox əsəbiləşmişdim. 0:2 hesabı ilə geridə olduğun halda oynamaq heç də asan deyil".
Qeyd edək ki, Argentina Misirlə görüşdə 0:2 hesabı ilə geridə olsa da, yekunda 3:2 hesablı əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Argentina növbəti mərhələdə İsveçrə ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 08 İyul 2026 10:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















