Icma.az
close
up
RU
Messinin hərəkəti dünyanı silkələdi: Əvvəl Azərbaycana gətirmişdi, indi isə... FOTO

Messinin hərəkəti dünyanı silkələdi: Əvvəl Azərbaycana gətirmişdi, indi isə... FOTO

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Argentina milli komandasının və ABŞ-ın “İnter Mayami” klubunun dünyaca məşhur futbolçusu Lionel Messinin Hindistana səfəri bütün dünyada rezonans doğurub. 

Artıq 3 gündən çoxdur Hindistanda səfərdə olan Messi bir neçə şəhəri ziyarət edib.

Futbolçu özü ilə birlikdə həmkarı və dostu Luis Suarezi də aparıb. Məlumata görə, onların Kəlküttə, Dehli, Mumbay və Əhmədabad şəhərlərinə səfəri planlanıb. Messi ilk olaraq öz şərəfinə Kəlküttədə ucaldılan 21 metrlik heykəlin məşhur Bollivud aktyoru Şahrux Xanla birlikdə açılışını edəcək, daha sonra “Kolkata Salt Lake” stadionunda 70 mindən çox fanatını salamlayacaqdı. Lakin onun stadionda cəmi 10 dəqiqə qalması ciddi etiraz doğurub, futbolçunu görməyə gələnlər bilet pullarının boşuna getdiyini bildirərək məbləği geri istəyiblər, ala bilmədikdə isə stadionda oturacaqları, plakatları və digər bütün əşyaları parçalamağa başlayıblar. Paralel olaraq Messinin heykəlin açılışını da canlı etməyəcəyi, vodeobağlantı vasitəsilə izləyəcəyi açıqlanıb. Buna səbəb kimi təhlükəsizlik tədbirləri göstərilib.

Ambanilərlə görüş və dua mərasimi

Messinin Hindistan səfərinin ilk günlərində ölkədə böyük narazılıq və qarışıqlıq başlamasına baxmayaraq, gəzintissi davam edib. Plan üzrə o, Dehliyə yollanıb. Burada hindli futboçularla görüşüb, hətta onların Messiyə uğursuz ötürmələri, futbolçunun isə həvəslə oynamağa davam etməsi sosial şəbəkələrdə gündəm olub. O, hindli aktyorlar, aktrisalar, kriket əfsanələri, komandaları ilə də görüşüb və stadionda xalqa təşəkkür edib. Lakin dünyanın ən varlı 10 insanında biri olan Mukeş Ambaninin dünyada günlərlə davam edən bahalı toy mərasimi ilə məşhur olan oğlu Anand Ambani və həyat yoldaşı Radhika ilə görüş, bütün dünyada şok effekti yaradıb.

Belə ki, Ambanilər Messi və Suarezlə görüşdükləri heyvan sığınacağında pələnglərdən birinə onun şərəfinə “Lionel” adını veriblər. Görüş bununla da bitməyib. Futbolçuların alınlarına “tika” çəkilib, əllərinə mərasim qabı verilib və onlar hinduzim dua ayininə qatılıblar. Xüsusilə Messinin hinduizm inancına sahib insanlar kimi “Lord Hanuman” heykəlinin qarşısına təzim etməsi müzakirələrə səbəb olub.

Bir çox KİV və sosial şəbəkələrdə futbolçunun artıq əvvəlki kimi olmadığı, son zamanlarda sadəcə yüksək miqdarda pul qarşılığında reklam xarakerli hər təklifə razılaşdığı bildirilir. Futbolçunun əsasən də Hindistanda dua mərasimindəki görüntüləri tənqid edilib, birmənalı qarşılanmayıb, hətta məsxərəyə qoyulub.

Azərbaycana səfər və xalqın reaksiyası 

Messinin Hindistana səfəri sosial şəbəkələrin Azərbaycan seqmentində də maraqla izlənilib. İctimaiyyət onun bu səfərini ölkəmizə gəlişi ilə müqayisə edib, fərqli şərhlər bildiriblər. Hazırda Messinin Hindistan ziyarətinin bir hissəsini Ambani ailəsinin maliyyələşdirdiyi iddia edilir. Onu ölkəmizə gətirən əsas şəxs isə hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadə idi. Futbolçunun Azərbaycana da məhz Suarezlə birlikdə səfər etməsi, indi isə onun Hindistanda da yanında yer alması diqqətdən qaçmayıb. İki dostun birlikdə başqa bir çox tədbirlərə də bərabər qatıldıqları deyilir. Lakin Suarez və yanında olan digərləri Azərbaycana səfəri ilə bağlı nəinki post, heç hekayə də paylaşmamışdılar. Lionel Messi isə sadəcə səfərdən hazırlanan ümumi videonu şərhsiz formada Adnan Əhmədzadəni etiketləyərək paylaşmışdı. Hindistan səfərində isə sosial şəbəkə səhifələrində daha aktiv və həvəsli çıxış edirlər.

Messinin ermənilərlə əlaqəsi

Futbolçunun Argentina və ABŞ-dakı erməni lobbisi, diasporası ilə çox yaxın əlaqələrinin olması sirr deyil. Hətta Əhmədzadənin buna rəğmən onu necə razı salaraq ölkəmizə gətirdiyi bir çox suallar doğururdu. Belə ki, Messinin 500 milyondan çox izləyici olan səhifəsində aylarla, hətta daha uzun müddət 20 mindən çox erməni yeniyetməyə texnologiyalar sahəsində pulsuz təlim verən “TUMO” mərkəzinin reklamı yer alıb. Bu mərkəzin ötən dövrlərdə Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində də ofisləri fəaliyyət göstərib. Bu layihədə futbolçu erməni əsilli iş adamı, yaxın dostu Razmik Ovakimyan ilə şərikdir. Hətta Ovakimyan futbolçunun qardaşı Rodriqonun 2024-cü ildə Ermənistana səfərini təşkil edib, ora Messinin imzalı formasını aparıb. 


Ovakimyan və Messi

Hətta  2017-ci ildə Argentina Futbol Assosiasiyası ilə AFFA arasında əldə edilmiş razılığa əsasən, iki milli komanda arasında yoldaşlıq görüşünün keçirilməsinin planlandığı, lakin şəxsən Messinin etirazı ilə qarşılaşmanın baş tutmadığı iddia edilir. Hətta məlumata görə, Azərbaycandan kimsə hətta 60 dəqiqəlik oyun üçün Messiyə 8 milyon dollar təklif edib, lakin o, yenə “yox” deyib. Bunun arxasında isə futbolçunun ermənilərlə yaxın əlaqələrinin olmasına diqqət çəkilir. 

Erməni lobbisi və diasporu bütün dünyada olduğu kimi, Hindistanda da kifayət qədər aktivdir. Həmçinin Ermənistanla Hindistanın son zamanlarda münasibətlərinin inkişafı, əlaqələrinin genişləndirilməsi diqqət çəkir.

Ayşən Mustafa
Globalinfo.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 03:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri