Messinin xanımının azyaşlı fanata köməyi gündəm oldu
Lent az saytına istinadən Icma.az xəbər verir.
Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı, 38 yaşlı Antonela Rokutso azyaşlı azarkeşin kumiri ilə görüşməsinə kömək edib.
Lent.az xəbər verir ki, hadisə İspaniyanın Oviedo şəhərində baş verib. Messi 2026-cı il üzrə Asturiya Şahzadəsinin İdman Mükafatını almaq üçün şəhərə səfər edib.
Futbolçu oteldən çıxarkən azyaşlı oğlan ona yaxınlaşaraq avtoqraf almaq istəyib. Lakin mühafizəçilər uşağın qarşısını kəsərək Messiyə yaxınlaşmasına icazə verməyiblər.
Bunu görən Antonela Rokutso dərhal vəziyyətə müdaxilə edib. O, mühafizəçilərə işarə edərək uşağın buraxılmasını istəyib.
Nəticədə azyaşlı azarkeş arzusuna çatıb. Messi onun futbol butslarının üzərinə avtoqraf yazıb. Antonelanın bu hərəkəti sosial şəbəkələrdə diqqət çəkib.
Qeyd edək ki, Antonela Rokutso və Lionel Messi 2008-ci ildən birlikdədirlər. Cütlük 2017-ci ildə ailə qurub. Onların Tyaqo, Mateo və Siro adlı üç oğlu var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Oktyabr 2026 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















