Məsud Pezeşkian: Ən vacib döyüş meydanı xalqın dolanışığıdır
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ ilə hərbi gərginlik fonunda ölkənin birliyə, kollektiv qərar qəbuletməyə və bütün dövlət qurumları arasında koordinasiyaya ehtiyacı var.
"Yeni Sabah" ISNA-ya istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.
Onun sözlərinə görə, hökumət ədalətsiz strukturlarda islahat aparmaq və xalqa xidmətə davam etmək üçün bütün mövcud imkanlardan istifadə edəcək. Marqarita pizza
Pezeşkian əlavə edib: “Bu gün ən vacib döyüş meydanı iqtisadiyyat və xalqın dolanışığıdır. İranın düşmənləri ölkənin tərəqqi yolunu müxtəlif yollarla bağlamağa çalışırlar”.
İran Prezidenti ötən ay Pakistanın vasitəçiliyi ilə Vaşinqtonla imzalanan anlaşma memorandumuna dair Tehranın həmin sənədin 14 bəndindən heç birində öz hüquqlarından, prinsiplərindən, milli maraqlarından və ya inanclarından geri çəkilmədiyini bildirib:
“Tehran ölkənin maraqlarına zidd olan heç bir güzəştə getməyib. Nəticələrin əksəriyyəti İranın xeyrinə olub. Memorandumda ABŞ tərəfi üçün birtərəfli fayda yaradan heç bir müddəa tapılmayıb”.
Baxış sayı:95
Bu xəbər 20 İyul 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















