Icma.az
close
up
RU
Məsud Pezeşkianın gizli xarakteri: “Çox bic adamdır, pambıqla baş kəsir”

Məsud Pezeşkianın gizli xarakteri: “Çox bic adamdır, pambıqla baş kəsir”

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“40 günlük müharibə zamanı iki ölkə arasında münasibətləri pisləşdirən bir problem yarandı, lakin Məsud Pezeşkianın İlham Əliyevə telefon zəngi və bir neçə Azərbaycan atalar sözünün istifadəsi həmin səhifəni çevirdi”.

İranın xarici işlər naziri Abbas Əraqçinin bu sözlərindən sonra ictimai maraq bir hədəfə yönəlib: İran Prezidenti hansı atalar sözləri ilə Azərbaycan liderinin könlünü ala bilib?

Ümumiyyətlə, Məsud Pezeşkian, bir çox siyasi müşahidəçinin rəyincə, qlobal siyasi arenada çoxlarından fərqlənir. Rəsmi etiketdən yayınanaraq o, sadə dildə danışır, siyasi mürəkkəblik qatlarını inkar edir, siyasi maska taxmadan “əsl kimliyini” göstərməyə çalışır. pizza sifarişi

Düzlük və dürüstlüyü daim abardan M.Pezeşkianın davranışı bəzən təəccüb və ya tənqidə səbəb olur. O, müəyyən vaxtlarda ifrat dərəcədə emossial çıxışlar edir.

Bəziləri onun ümumiyyətlə rəsmi posta layiq bilmir.

Məsud Pezeşkian həqiqətən riyadan uzaq, təvazökarlığı və sadəliyi “mən”i ilə vəhdətdə olan şəxsiyyətdirmi?

“Əvvəlcə yada salaq ki, Məsud Pezeşkian peşəkar siyasətçi yox, həkim-kardioloqdur. Sözsüz ki, hər sahədə insanlarla ünsiyyət forması fərqli olduğu kimi, həkimlərin də insanlarla danışıq metodları fərqlidir. Kardioloqlar isə insanlarla danışanda daha mülayim olmalıdırlar ki, pasiyentini rahatlaşdıra bilsinlər. Bu, istər-istəməz gündəlik ünsiyyətimizə təsir edir. Hətta peşəmizi dəyişsək də. İnsanları yumşaltmaq üsulu siyasətdə də öz rolunu göstərir”.

Bunu “Yeni Sabah”a psixiatr Azad İsazadə bildirib.

O, İran Prezidentinin davranışlarını təhlil edərək diqqəti onun siyasi üslubunun formalaşmasında həkimlik peşəsinin və İranın diplomatik ənənələrinin roluna yönəldib:

“Təbii ki, şəxsi xarakter məsələsi də var. Hər bir halda yaddan çıxartmaq olmaz ki, İranda daha dərin diplomatiya dili formalaşıb. Əsrlər boyunca bu ölkədə hakimiyyətdə türklər də olub, Pezeşkian da həmin ənənənin içində formalaşmış biridir.

İran ənənəvi diplomatiyasında konfliktə getmirlər, dinc danışırlar və s. Heç nə demirlər, qışqırmırlar, dalaşmırlar, amma öz dediklərini də yeridirlər. Bir sözlə, “pambıqla baş kəsirlər”. Yəni Məsud Pezeşkian da harada hansı sözü istifadə edəcəyini yaxşı bilir”.

A. İsazadə bildirib ki, Məsud Pezeşkiana heç bir halda sadəlövh siyasətçi deyil:

“Sözsüz ki, onun kəskin danışıqlarını da eşitmişik. Rəhbərlikdə olan “Sepah”ın generalları ilə daha kobud və təzyiqlə danışır. Çünki onlarla mülayim şəkildə ünsiyyət qurmaq olmur.

30 ildir subay qalması məsələsi isə onun şəxsi həyatıdır. Lakin məncə, Şərqdə kişi və ya qadının dul qalması müsbət qarşılanmır. Ona görə düşünmürəm ki, sırf buna görə ona xüsusi rəğbət bəsləsinlər. Lakin bu da Pezeşkianın sadiqliyinin göstəricisidir. Güman ki, özü istəmir.

Yekun olaraq, M. Pezeşkian çox mürəkkəb ruhlu bir insandır. Onun heç bir halda sadə biri olduğunu demək olmaz. Görünüşcə elə olsa da, çox bic adamdır. Bayaq dediyim kimi, pambıqla baş kəsər. Rəqiblərini də yavaş-yavaş sıradan çıxarır. İlk növbədə də “Sepah”ı”.

Aydan Hacı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Avqust 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see337

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see313

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see310

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see276

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see272

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see268

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see257

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see253

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see193

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri