Mesut Gülaçtı: Qarabağ Zəfəri Türk dünyasının birliyinin və qardaşlığının simvoludur
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 8 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
Noyabrın 8-i Azərbaycan xalqının qəhrəmanlıq, milli iradə və sarsılmaz Vətən sevgisi ilə qazandığı şanlı Qələbənin simvoludur.
Bunu AZƏRTAC-a açıqlamasında Turan Dövlətləri Birləşmiş Konfederasiyasının xarici təşkilatlarla əlaqələr üzrə məsul şəxsi Mesut Gülaçtı bildirib.
O deyib ki, 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqların işğaldan azad olunması təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyasından ötrü birliyin, qardaşlığın və həmrəyliyin ən güclü rəmzlərindən birinə çevrilib. Bu Zəfər Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyaraq, regional sülh və sabitliyin təmin olunmasına strateji zəmin yaradıb. Eyni zamanda, türk dövlətləri arasında əlaqələrin möhkəmlənməsinə və Zəngəzur dəhlizinin reallaşmasına yol açıb: “Bu layihə Türk dünyasının iqtisadi, enerji və nəqliyyat baxımından inteqrasiyasına xidmət edir və regionun inkişafında mühüm rol oynayacaq”.
Mesut Gülaçtı, həmçinin Vətən uğrunda canlarını qurban vermiş şəhidlərə ehtiramını bildirib, qazilərə dərin minnətdarlığını ifadə edib: “Azərbaycanın Qarabağ Zəfəri bütün Türk dünyasının ortaq qüruru və iftixar mənbəyidir. “Bir millət, iki dövlət” prinsipi əsasında əbədi qardaşlığımız daim möhkəm qalacaq”, - deyə o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:21
Bu xəbər 08 Noyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















