Icma.az
close
up
RU

Metanın ifadə azadlığı qərarı mübahisələrə səbəb oldu: Zukerberq Trampa boyun əydi

Icma.az bildirir, Gununsesi portalına istinadən.

Meta-nın CEO-su Mark Zukerberq ifadə azadlığını artırmaq üçün İnstaqram və Facebook-dakı yazıların artıq fakt yoxlayıcılar tərəfindən yoxlanılmayacağını açıqladı.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu qərarın yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə bir neçə gün qalmış elan edilməsi “böyük geri addım” və “diz çökmə” kimi qiymətləndirilib.

Mark Zukerberq elan etdi ki, Facebook, Instagram və Threads artıq fakt yoxlanılmayacaq.

Zukerberq bildirib ki, dəyişikliklər siyasi və sosial mühitin dəyişən dinamikasından və ifadə azadlığını qəbul etmək istəyindən qaynaqlanır.

Faktı yoxlayan şirkətlərin “siyasi məsələlərdə çox qərəzli” olduğunu iddia edən Zukerberq fakt yoxlama sisteminin “həddindən artıq irəli getdiyini” iddia etdi.

O, məzmun senzurasında səhvlərə yol verildiyini də etiraf edib.

Zukerberq bildirib ki, sosial media platformaları terror, uşaqların cinsi istismarı və narkotiklər kimi qeyri-qanuni məzmuna diqqət yetirməyə davam edəcək, lakin immiqrasiya və gender kimi əsas müzakirələrə nəzarəti yumşaldaraq “daha ​​çox ifadə azadlığı” olacaq. 

Bu kontekstdə İlon Maska məxsus X-dəki “icma qeydləri”nə bənzər bir sistem hazırlanacaq.

40 yaşlı texnologiya milyarderi Donald Trampın qazandığı prezident seçkilərinə toxunaraq, “Son seçkilər bir daha ifadə azadlığına üstünlük vermək üçün mədəni dönüş nöqtəsidir” deyib.

Metanın bu mühüm addımı Trampın prezidentliyə başlamasından bir neçə gün əvvəl atılıb. 2021-ci il yanvarın 6-da Konqres basqını ilə bağlı paylaşımlarına görə Facebook hesabı dayandırılan Respublikaçı lider platformanı “xalq düşməni” adlandırıb və daha sonra özünün sosial media tətbiqi olan Truth Social-ı təsis edib.

Bu qərar ictimai müzakirələrə səbəb olsa da, hüquq müdafiəçiləri və qeyri-hökumət təşkilatları vəziyyəti sərt şəkildə tənqid ediblər.

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 10 Yanvar 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri