Icma.az
close
up
RU
Mətbəxdə ağlınıza gəlməyən ən çirkli 10 yer…

Mətbəxdə ağlınıza gəlməyən ən çirkli 10 yer…

Pravda.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir çox insan evin ən kirli hissəsi olaraq hamamı düşünə bilər. Ancaq tədqiqatlar göstərir ki, evin ən kirli yeri mətbəxdir. Mətbəxdəki zərərli bakteriyalar sizə və ailənizə xəstəliklər yayma potensialına malikdir. Mətbəxinizin təmiz və sağlam olması üçün bu kirli nöqtələri bilmək çox önəmlidir.

Pravda.az mətbəxinizdəki ən kirli 10 yeri diqqətə çatdırır:

Mətbəx dəzgahı – Mətbəx dəzgahları təmiz görünsə də, onların 32 faizi xəstəliklərə səbəb olan bakteriyalarla doludur. Bakteriyalardan xilas olmaq üçün tək istifadəlik təmizləyici bezlərdən istifadə etməyiniz tövsiyə olunur. Beləliklə, mikrobla dolu bezlər və süngərlərdən uzaq durmuş olarsınız.

Mətbəx çanağı – Çox vaxt suyun hər şeyi təmizlədiyini düşünürük, amma mətbəx çanağının 45 faizi bakteriyaların yuvasıdır. Mətbəx təmizləmə məhsulları ilə müntəzəm olaraq yuyun və çanağın içində qalan hər hansı bir şeyə diqqət yetirin.

Qab yumaq üçün süngər – Qab yumaq üçün istifadə olunan süngərlərin 75 faizində sağlamlığa zərərli salmonella bakteriyası tapılıb. Bakteriyalardan qurtulmaq üçün süngəri mikrodalğalı sobada 30 saniyə isidə bilərsiniz.

Mətbəx kəsmə taxtası – Mətbəxdəki bu əşyanın 18 faizində coli bakteriyası mövcuddur. Şüşə kəsmə taxtası seçərək bu problemi asanlıqla aradan qaldıra bilərsiniz.

Soyuducuda tərəvəzlərin yerləşdirildiyi hissə – Burada salmonella və listeria kimi bakteriyalar çox yayılır. Təsadüfi bakteriyalardan qaçmaq üçün tərəvəzlərinizi fərqli torbalarda saxlayın və oranı tez-tez təmizləyin.

Soyuducunun dondurucusu – Ət sularının bir-birinə qarışdığı hissələrdə bakteriya yığılır. Ayda bir dəfə bu bölməni təmizləmək çox önəmlidir.

Konserva açan – Həmişə istifadə etmədiyimiz konserva açanlar da bakteriyaların yeri ola bilər. Metal tərkibli konserva açanları qabyuyan maşında yuyun. Əgər əl ilə təmizləyirsinizsə, kəsici hissələrin təmizlənməsinə diqqət edin.

Blendr – Blenderin ən çox bakteriya toplayan yeri qabın və cihazın birləşdiyi sahə və qabın içindəki sızdırmazlıq hissəsidir. Bu hissələri müntəzəm olaraq təmizləyin.

Silikon qaşıq – Silikon qaşıqların quruluşu bakteriyaların yığılmasına səbəb olur. Bu mətbəx əşyalarının hissələrini təmizləyərkən çıxarılıb-taxıla biləcək nöqtələrinin tamamilə təmizlənməsinə diqqət edin.

Saxlama qabları – Şüşə saxlama qabının plastik və ya silikon qapaqları bakteriyaların inkişaf etməsinə şərait yaradır. Saxlama qablarını qabyuyan maşında yumaq məsləhətdir, amma əl ilə yuyarkən mütləq isti su və  qabyuma vasitəsindən istifadə edin.

Qeyd: Bunları nəzərə alaraq mətbəxinizin təmizliyinə diqqət edərək sağlam mühitə sahib ola bilərsiniz. Təmizliyə diqqət yetirməklə, evinizin sağlamlığını qoruyun.

Əminə Bayramova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://pravda.az
archiveBu xəbər 06 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see182

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see129

Mingəçevirdə müəmmalı ölüm: Oğulları güllələnən ər arvad evdə ölü tapıldı

07 İyun 2025 00:12see121

Ukrayna okeanda rus gəmilərinə hücum edə bilər

07 İyun 2025 01:26see121

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see118

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see116

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölənlər və xəsarət alanlar var VİDEO

07 İyun 2025 00:41see114

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see112

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see111

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri