Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

ChatGPT də problem yarandı

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Mətbuat fədaisi

Mətbuat fədaisi

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hansı quruluşda yaşamasından asılı olmayaraq, insan öz dövrünün övladıdır. Onun çərçivəsində yaşayıb yaratmaq, millətə, məmləkətə xidmət etmək hər kəsə nəsib olmur. Yalnız vaxtı, zamanı həqiqətə kökləyən az-az insanlar olur ki, onların ağlı, iradəsi, fəhmi ilə zamanın, quruluşun siyasi mənzərəsi dəyişir. Adı mətbuat tariximizə əbədi düşən görkəmli jurnalist, ictimai xadim, pedaqoq, “Bakı” və “Baku” axşam qəzetlərinin yaradıcısı və 30 ilədək redaktoru olmuş Nəsir İmanquliyev belə şəxsiyyətlərdəndir.

Müəllimliyi, alimliyi, publisistikası, peşəkar jurnalistlik, təşkilatçılıq, redaktorluq məharəti ilə məşhur olan Nəsir müəllimin həyat və yaradıcılığını mərhələlərə böləndə, onu 20-30-cu, 40-50-ci, 60-90-cı illər jurnalistikasının, ictimai-siyasi proseslərin, elmi-pedaqoji yeniliklərin, maarifçilik hərəkatının önündə görürük. Onun “Gənc işçi”, “Yeni yol”, “Kommunist”, “Döyüşən Krım”, “Radio proqramı”, “Bakı” və “Baku”, “Vətənin səsi” qəzetlərini, Bakı Dövlət Universiteti, Bakı Şəhər Soveti, Azərbaycan KP Mərkəzi Komitəsi, Radioinformasiya Baş İdarəsi, Radio və Televiziya Komitəsi, Jurnalistlər İttifaqı, Veteranlar Şurasını əhatə edən çoxşaxəli fəaliyyəti, siyasi rejimlərdən asılı olmayaraq, milli-mənəvi dəyərlərimizin qorunmasına, inkişafına, yaddaşa qayıdış ideologiyasının formalaşmasına təkan verdiyinin şahidi oluruq. Quruluşundan, zamanından asılı olmayaraq professor Nəsir İmanquliyev peşəkarlığına, müəllim, alim, jurnalist ucalığına söykənib, ictimai-siyasi proseslərin önündə gedib, hadisələri qabaqlayıb, xalqı səfərbər edib. Dövlətə, dövlətçiliyə sədaqət hissi nümayiş etdirib. Haqqın, ədalətin, haqlının yanında olub. Hadisələrə dəqiq, qərəzsiz, vicdanlı münasibət sərgiləyib. Sözün dəyərini, əyarını artırmaq üçün düzü düz, əyrini əyri yazıb. Hansı vəzifədə işləməsinə, hansı quruma rəhbərlik etməsinə baxmayaraq, simasını, şəxsiyyətini qoruyub. Şəxsiyyəti ilə sənəti arasında vəhdət yaradıb. Mənəvi saflıq rəmzinə, peşəkarlıq nümunəsinə çevrildiyindən ölkəyə rəhbərlik edən müxtəlif dövlət başçılarının zamanında ehtiramla qəbul edilib, vəzifə pillələrində irəliyə çəkilib.

Xeyirxahlığı, nəcibliyi ilə insanlara örnək olan Nəsir müəllim hansı vəzifəni icra etməsindən asılı olmayaraq, pedaqoq Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Nəriman Nərimanov kimi insanlara nur, işıq bəxş edib. Auditoriyalarda payladığı nuru mətbuat səhifələrinə gətirib. Hər bir pedaqoq ruhunun davamçılarını auditoriyalarda tapır. Onların inkişafına nail olmaqla xalqına, dövlətinə xidmətdə bulunur.

Nəsir müəllimin xoşbəxtliyi onda idi ki, onun iki böyük auditoriyası var idi. Biri Bakı Dövlət Universitetinin jurnalistika fakültəsi, digəri də “Bakı” və “Baku” axşam qəzetlərinin redaksiyası. O, hər iki auditoriyada əzəmətli, məğrur, müdrik müəllim, işıq, nur paylayan ziyalı idi. Hər iki auditoriyada onu səbirsizliklə, hörmətlə gözləyirdilər. Çünki o, düz olanı, dəqiq olanı, cəmiyyətə, xalqa faydalı, gərəkli olanı yazırdı və yazdırırdı. İnsanı, oxucunu səfərbər edirdi...

Çox az-az insanlar olur ki, dünyasını dəyişdikdən sonra xoş xatirələri qalır, doğmaları, yetirmələri onun əməllərini, işıqlı, nurlu yolunu ləyaqətlə davam etdirir, yaşadırlar.

Bugünkü qəzet bolluğunda imzası ilə seçilən jurnalistlər var ki, onlar da məhz: “yazmazdan öncə özünüzü o adamın yerinə qoyun, görün sizin haqqınızda belə bir yazı çıxsaydı, sizə necə təsir edərdi, siz hansı hissləri keçirərdiniz” – deyib klassikləşən müasirimizə çevrilən professor Nəsir İmanquliyevin bulağından su içiblər.

Alimin, ustadın ömrü onun əsərlərinin, şagirdlərinin qüdrəti ilə ölçülür. Ruhunu yetirmələrinin ruhuna, kitablarına köçürən Nəsir müəllim Tanrının xoş saatında xəlq etdiklərindən idi. Tanrı ona üzünün nurundan, işığından, könlünün mehr-məhəbbətindən, qəlbinin sevgisindən pay vermişdi.

Qılıncın qələmlə əvəz olunduğu XX yüzildə dünyaya gələn Nəsir müəllim ömrünün yarısından çoxunu “Qələm və Kəlam” müqəddəsliyinə bağışladı. Özünü, ruhunu sözə köçürdü. Haqdan, ədalətdən, ağlının, istedadının hökmündən dastan bağladı, əməlləri, sevgiləri ilə yaddaşlara yazıldı.

1941-1945-ci illər müharibəsi başlananda Nəsir müəllim o dövrkü Azərbaycanın baş mətbu orqanında – “Kommunist” qəzetində məsul katib vəzifəsində işləyirdi. 1942-ci ilin yanvarında isə hər şey dəyişdi. Qarlı bir qış günündə çağırış vərəqini cibinə qoyan Nəsir İmanquliyev döyüşən ordu sıralarına yola düşdü.

Tale onu öncə Şimali Qafqaza – Mozdoka, sonra isə Ukrayna–Krım cəbhəsinə gətirdi. Qələmini süngüyə, yazı masasını barıt qoxulu səngərlərə dəyişən Nəsir müəllim üzünü süngüyə söykəyərək hər gün yazılan yeni qəhrəmanlıq dastanının altına öz imzasını qoyurdu...

Bir gün onu səngərdən hərbi hissəyə çağırıb şəxsi işi ilə tanış olduqlarını bildirdilər. Yazı-pozu adamı, ədəbi işçi və tərcüməçi kimi daha çox lazım olduğunu söylədilər. Və beləcə, onun “söz də səngərdir” hikməti yarandı. Öncə mütərcimlik edən əsgər Nəsir İmanquliyev çox keçmir ki, cəbhə yoldaşlarının hərbi-vətənpərvərlik ruhunu formalaşdırmaq üçün hərbi hissə komandirinin siyasi işlər üzrə müavini təyin olunur. Təbliğat-təşviqat işləri ilə məşğul olduğu ilk günlərdən qələmindən ayrılmayan Nəsir müəllimi qarşıda daha məsuliyyətli iş gözləyirdi.

Hərbi hissənin komandiri Baş Qərargahın tapşırığı ilə onu “Döyüşən Krım” qəzetinə məsul katib və köşə yazarı təyin edir. “Döyüşən Krım”da dərc etdirdiyi publisistik yazıları, Bakıya “Kommunist” qəzetinə göndərdiyi barıt qoxulu məqalələri ilə ön cəbhədən arxa cəbhəyə körpü salan Nəsir müəllimin müharibənin odu içində yazdığı yazıların hər birində milli vətənpərvərlik, azərbaycançılıq ruhu var idi. Azərbaycanlılardan təşkil olunan məşhur 416-cı diviziyanın əsgərlərinin həyatından, döyüş yolundan bəhs edən, maraqlı, oxunaqlı oçerkləri, reportajları, müsahibələri ilə əsl azərbaycanlı obrazını yaradan Nəsir müəllimin o vaxtlar 31 yaşı olsa da, tale onu çox sınaqlara çəkmişdi. Bərkə-boşa salmışdı. Qələmini süngüyə çevirən bu vətənpərvər jurnalist bir ömürdə yüzlərlə döyüşçünün ömrünü yaşamışdı.

Artıq tarixə, arxiv sənədlərinə qovuşan “Kommunist” qəzetinin 10 oktyabr 1943-cü il tarixli sayını vərəqləyəndə, cənub cəbhəsindən göndərilən “Cəsur döyüşçü” oçerkini oxuyanda içindən, ruhundan kədər qarışıq bir qürur, sevinc boylanır. Çünki onun qəhrəmanları da, yazarı da bu gün bizimlə olmasalar da, başı bəlalar çəkən millətimizin igid oğulları idi. Qəzetçiliyin bütün meyarlarından çıxış edilərək yazılan məqalədə, ədəbi- bədii nümunədə bir yığcamlıq, tarixilik və operativlik var.

Müharibənin od-alovuna, dəhşətlərinə baxmayaraq, bu gün çoxlarının etinasız münasibət bəslədiyi sovet hökuməti öz istedadına sahib çıxmağı bacarırdı. Dövlətçilik, təbliğat-təşviqat və sabahkı quruculuq işləri üçün daha əhəmiyyətli olan əsgəri – Nəsir İmanquliyevi arxa cəbhəyə göndərmək məqsədi ilə qərar çıxarılır. 1943-cü ilin sonunda qələmini süngüyə çevirən jurnalist ön cəbhənin vuran ürəyi, döyüş texnikasını hərəkətə gətirən, qara qızılın məskəni Bakıya, köhnə iş yerinə qayıdır. Arxa cəbhədə daha ağır yükün altına çiyin vermək üçün.

Ordudan tərxis olunduqdan sonra yenidən keçmiş iş yerinə – “Kommunist” qəzetinin redaksiyasına qayıdan Nəsir müəllim artıq məsul katib deyil, redaktor müavini vəzifəsində fəaliyyətini davam etdirir. Yenə də “müsəlləh əsgər” kimi ona tapşırılan məsuliyyətli işin öhdəsindən ləyaqətlə gəlir. Qəzetdə “Cəbhə məktubları”, “Cəbhədən şeirlər” rubrikasını yaradır. Səngərdən gələn barıt qoxulu məktubların, şeirlərin dili ilə ön cəbhədən arxa cəbhəyə körpü salır. Bu məktubları oxuyan hər bir oxucu ilə yanaşı, əsgər ailələri də sevinc hissi yaşayırlar.

Nəsir müəllimin “Kommunist” qəzetindəki fəaliyyəti barədə Xalq şairi Bəxtiyar Vahabzadə xatirələrində yazır: “İkinci cahan müharibəsinin ən qızğın dövründə, yəni 1944-cü ildə “Kommunist” qəzetinin redaktoru Əli Vəliyev, redaktorun müavini Nəsir İmanquliyev idi. Nəsir müəllimi o zamandan tanıyıram. Çünki onun rəhbərliyi ilə “Kommunist” qəzetinin nəzdində ədəbiyyat dərnəyi təşkil olunmuşdu. Dərnəyi Əli Vəliyevlə, Nəsir müəllim aparırdı. Və bunların ikisində də gənclərə bir məhəbbət, qayğı hissi var idi. Gənclərin püxtələşməsində çox böyük zəhməti olan bu böyük ziyalılar bizim ilk şeirlərimizi dinləyir, qulaq asır, bəyəndikləri, məsləhət bildikləri qəzetin gələn nömrəsində çap olunurdu...”

Müharibənin odunun, alovunun yeri-göyü yandırdığı, üçkünc məktubların məmləkətin göz yaşına çevrildiyi, faşist ordusunun gəncliyi ot kimi biçdiyi bir zamanda gəncliyin qayğısına qalan, doğru yolu göstərən bir mayak, müqəddəs ruh kimi onların himayədarına çevrilən Nəsir müəllim, əslində, “Yaşıl qələm”lərdə, “Çığatay gürüngü”ndə qan gölündə boğulan, 37-ci ilin dəhşətli repressiyalarında budanan ulu, azman türkün söz sərraflarından idi. Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Balaş Azəroğlu, Mədinə Gülgün, Ənvər Məmmədxanlı kimi onlarca istedadlı şair, söz adamı da Nəsir İmanquliyevin “Ədəbiyyat dərnəyində” himayə olunur, təbliğ edilir, önündə yaşıl işıq yandırılır, geniş oxucu auditoriyasına təqdim edilirdi. Bu bir-birindən qiymətli, dəyərli ziyalılar “qonorar” kimi çoxdan leksikonumuza daxil olan ilk qələm haqqını da bu qəzetin redaksiyasında alır, az da olsa maddi sıxıntıdan qurtulurdular.

Professor Nəsir İmanquliyevin “Kommunist” qəzetindəki fəaliyyəti, dövlət, xalq üçün gördüyü böyük işlər redaktor müavininin tez bir zamanda, sözün yaxşı mənasında, Mərkəzi Komitədə hədəfə çevirir. 1946-cı ildə Mərkəzi Komitənin rəhbəri Mircəfər Bağırovun sərəncamı ilə Moskvaya Mərkəzi Qəzet kursuna göndərilən Nəsir müəllim, 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) filologiya fakültəsinin yenicə təməli qoyulan jurnalistika bölümünə müəllim təyin olunur. 1948-ci ildə isə yenə də Mircəfər Bağırovun sərəncamı ilə Moskva Ali Partiya məktəbinə göndərilir. Peşəkar mətbuat işçisi, sədaqətli kadr, təmiz ziyalı, yüksək əxlaq və ləyaqət nümunəsi kimi yenidən Mərkəzi Komitə rəhbərinin diqqətini çəkir. 1952-ci ilin fevralında Bakı Şəhər Komitəsinin Təbliğat-təşviqat şöbəsinə öncə müdir müavini, sonra müdir təyin olunan professor Nəsir İmanquliyev bu məsuliyyətli vəzifənin öhdəsindən ustalıqla gəlir.

Elə həmin ilin iyulunda Azərbaycan KPMK-nın birinci katibi İmam Mustafayevin təqdimatı ilə Mərkəzi Komitənin Təbliğat-təşviqat şöbəsinə öncə müavin, sonra isə müdir təyin olunan Nəsir müəllim 1956-cı ilə qədər mətbuatın və mətbuat işçilərinin ideya müəllifi və himayədarı kimi dövrünün tanınmış, eyni zamanda, müdrik qərarlar verən dövlət məmurlarından, partiya-sovet maşının başında dayananlardan, fəqət vicdanını, milli mənsubiyyətini qoruyan qüdrətli ziyalılardan, unudulmaz tarixi şəxsiyyətlərdən biri olur. Mətbuatın kuratoru vəzifəsini vicdanla icra edən bu böyük şəxsiyyətin xidmətləri sayəsində onlarla mətbuat işçisi zamanın, quruluşun sərt sınaqlarından, bürokrat, “mənəm-mənəm” deyən katiblərin, partiya işçilərinin ağ ləkələrindən, qara damğalarından xilas olunur.

Ömrünü milli mətbuatımızın inkişafına, ilk mükəmməl şəhər axşam qəzetinin yaranmasına həsr edən Nəsir İmanquliyev xalqın yaddaşına təkcə jurnalist, mühərrir, pedaqoq kimi yazılmadı. Cəsarəti, fədakarlığı ilə əsl vətəndaşlıq, vətənpərvərlik, milli təəssübkeşlik nümunəsi oldu.

Şərəf CƏLİLLİ,
yazıçı-publisist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Dekabr 2024 08:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see211

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see193

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see192

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see134

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri