Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Tarixlə addımlayan mətbuat...

Tarixlə addımlayan mətbuat...

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 Bir millətin söz azadlığının, düşüncə tərzinin və ictimai tərəqqisinin aynası onun mətbuatıdır. Azərbaycan mətbuatı, yarandığı gündən bu günədək keşməkeşli, enişli-yoxuşlu yollar keçib, bugünkü inkişafına qədəm qoymuşdur.

 Müşahidələr göstərir ki, informasiya insanla birgə yaranmış, ən qədim dövrlərdən müxtəlif üsullarla yayılmışdır. Hələ qəzetlərin yaranmadığı dövrdə, ibtidai icma quruluşu və ondan sonrakı dövrlərdə insanların məşğuliyyəti, inamı, inancı barədə məlumatlar müasir insana ən qədim primitiv informasiya vasitələri ilə ötürülmüşdür. Bu barədə istər dünya xalqlarının, istərsə də Azərbaycan xalqının yaratdığı, nəsildən-nəsilə ötürdüyü nağıllarda, dastanlarda geniş məlumatlara rast gəlmək mümkündür. Bəlli bir zaman kəsiyindən sonra, qəzetlərin, jurnalların meydana çıxması ilə primitiv informasiya vasitələri bir növ arxa planda qaldı. Və dünyada ilk qəzetlər, Roma İmperatoru Yuli Sezarın yaşayıb-yaratdığı dövrdən ortaya çıxdı. 

 XlX əsrin ortalarından başlayaraq dünyada baş verən proseslər, Rusiya İmperiyasının daxilindəki hadisələr Azərbaycandan da yan keçmədi. İmperiya daxilindəki xalqların həyatında milli-mənəvi oyanış prosesi baş qaldırdı. A.A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi və bir çox ziyalılarımız xalqın milli mövcudluğunu hifz etməyə çalışırdı. 1832-ci ildə "Tiflis əxbarı"; 1845-ci ildə isə "Qafqaz xəbərləri" nəşr olundu. Adını çəkdiyimiz mətbuat orqanları, milli mətbuatın bünövrəsi deyil, rüşeymləridir. Çünki burada yer alan məlumatların heç biri Azərbaycan həyatı ilə bağlı deyil. 

 XIX əsrin sonlarına doğru maarifçilik hərəkatı Rusiya ictimai fikirində çox böyük çətinliyə malik idi. Birinci növbədə xalqın gözünü açmaq, savadlandırmaq əsas şərt idi. H.Zərdabi həmkarlarını qabaqlayaraq, 1875-ci il iyul ayının 22-də "Əkinçi" qəzetinin nəşrinə başladı. O, milli mətbuatımızın banisi olmaqla yanaşı; naşir, tərcüməçi, pedaqoq kimi də fəaliyyət göstərmiş, Azərbaycanın ilk təbiətşünas alimi olmuşdur. Şagirdlərinə elmi bilikləri onların anladığı sadə və aydın dildə izah edirdi. H.Zərdabi öz dövrü üçün cəsarətli addım atmaqdan əsla çəkinmirdi. Bunun ən bariz nümunəsi, qızların təhsil almasını müdafiə etməsi idi. 

 Qəzetin əsas ideya xətti maarifçilik idi. "Əkinçi" fanatizmi, dini mövhumatı kəskin şəkildə qəbul etmir, dövrün azərbaycanlısının təsəvvürlərinin genişlənməsinə, onların məlumatlanmasına böyük kömək etmişdir. O, öz oxucularını dünyada gedən hər cür sosial-iqtisadi proseslərdən hali etməyə çalışırdı. Maarifçiliyə gedən yolun məhz zəhmətkeşlikdən, əməksevərlikdən keçdiyini açıq-aydın qəzetində əks etdirirdi. 

 Qəzetin ilk nömrəsində, H.Zərdabi bildirirdi: "...Dünyada insanın qədəri artdıqca, zəhmət də artır və zəhmət çəkənlər yaxşı zindəganlıq edib, ləzzət edirlər. Amma az zəhmət çəkənin zindəganı yaman, ləzzəti az olur. Və birdə xoş güzəranlıq çölə tökülməyib ki, hər kəs axtarıb, tapsın." Buna görə də, onun düşüncəsi bu idi: "Səy et, zəhmət çək, savadlan ki, dövlət qazanıb, xoş güzəran görəsən."

 Gətirdiyimiz misallardan görünür ki, "Əkinçi" qəzetinin əsas məqsədi, xalqımızı yeni elmi düşüncə və texnoloji vərdişlərə uyğun olaraq maarifləndirmək, həyat və məişətin bütün sahələrində onu digər xalqlarla yanaşı addımlamağa səfərbər etmək olmuşdur. Amma çox keçmir ki, "Əkinçi" 1877-ci il 20-ci sayında belə bir elan verir: "Biz xəstə olduğumuzdan, axırıncı nömrələr öz vaxtında çıxmayacaq." Məhz bu səbəbdən 1877-ci il sentyabrın 29-da qəzet bağlandı.

 "Əkinçi" ilə başlanan bu estafet "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Şərqi-Rus", "Həyat", "İrşad", "Füyuzat", "Molla Nəsrəddin" və bir çox mətbu orqanların nəşri ilə davam etdi. Bu mətbu orqanlar müasirliyin, milli  özünüdərkin, avropalaşmağın inkişafında mühüm rol oynadı. Hər bir mətbu orqanın özünəməxsus ideyası, məzmunu olsa da, onları birləşdirən xətt maarifçilik idi. 

 Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra, müasir, müstəqil medianın formalaşmasına böyük ehtiyac yaranmışdır. Amma müstəqilliyimizin ilk illərində, böyük inkişaf yoluna malik olan milli mətbuatımız, demək olar ki, tənəzzül ilə qarşı-qarşıya qaldı. 

 Lakin xalqın tələbi ilə  1993-cü ildə, H.Əliyevin hakimiyyətə gəlməsindən sonra, bütün sahələrdə olduğu kimi mətbuatda da əsaslı və müsbət dəyişikliklər baş verdi. 1998-ci il 6 avqust tarixində imzalanan söz, fikir, məlumat azadlığının təmin edilməsi haqqında fərmanla Mətbuatda və KİV-də Baş İdarə ləğv edildi. Bununla da, mətbuat üzərində senzura aradan qalxdı. 

 Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin siyasətini bu gündə Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandanımız İlham Əliyev uğurla davam etdirir. O, jurnalistlərin daim söz haqqına sahib olması üçün əlindən gələni edir, və hər zaman onların yanında olduğunu bildirir. İ.Əliyevin jurnalistika sahəsində atdığı ən önəmli addımlardan biri, 2021-ci ilin dekabrında "Media haqqında qanunu" verməsi oldu. Bu, Azərbaycanda medianın fəaliyyətini tənzimləyən əsas hüquqi sənəddir. 

 Ölkəmizdə 1926-cı il 6 Noyabr radionun; 1956-cı il 14 Fevral televiziyanın, ardınca da internet resurslarının meydana çıxması jurnalistikamıza yeni nəfəs gətirdi. 

 XXI əsrdə texnologiyanın bu qədər inkişafı, auditoriyanın xəbərləri operativ, obyektiv və dəqiq şəkildə əldə etməsinə imkan verir. Amma bu o demək deyil ki, internet resursları yarandısa, digər kütləvi informasiya vasitələri tamamilə gözdən itdi. Əsla belə olmadı. Hər bir KİV zamanın çağırışlarına cavab verərək, cəmiyyətlə informasiya arasında körpü rolunu oynadı. 

  Və 22 İyul 2025-ci ildə Azərbaycan Milli Mətbuatının 150 ili tamam olur. Tarixlə addımlayan mətbuatımızın səhifələrini qısa da olsa, cümlələrim də əks etdirməyə çalışdım. Bu illər ərzində yüzlərlə qəzet, jurnal nəşr olunub.  Onların hər biri cəmiyyətin tərəqqisinə, milli şüuruna kifayət qədər töhfələr verib və verməkdədir. 150 illik keşməkeşli, eyni zamanda şərəfli bir yol qət edən Azərbaycan mətbuatı bu gündə cəmiyyətin güzgüsü, sözün və həqiqətin carçısı olmağa davam edir. 

 Dəyişən sadəcə təqvimdir, amma dəyişməyən bir həqiqət var: mətbuat hər zaman azadlığın, maarifin və milli kimliyin səsini daşıyacaq. Ən qaranlıq sükutlarda belə, bu səs çıraq kimi yanmağa davam etsin. Əziz həmkarlarım, 150 illiyimiz mübarək olsun!


Məmmədrzayeva Nuray,

Bakı Slavyan Universitetinin, Sosial Elmlər və Regionşünaslıq Fakültəsinin, 

üçüncü kurs tələbəsi 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyul 2025 21:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see638

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see331

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see319

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see232

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see229

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see228

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see226

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see220

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see216

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see212

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see212

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see211

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see209

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see208

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see206

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see205

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see205

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see204

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri