Icma.az
close
up
RU
Mətbuat Şurasının İdarə Heyətinin 2026 cı ildə ilk iclası keçirildi

Mətbuat Şurasının İdarə Heyətinin 2026 cı ildə ilk iclası keçirildi

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin 2026-cı ildə ilk iclası keçirilib.

Redaktor.az xəbər verir ki, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Prezident İlham Əliyev ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yığıncaqdakı çıxışında ana dilimizin qorunmasının vacibliyini vurğulayıb.

R.Məcid rəhbərlik etdiyi qurumun noyabrın 7-də bununla bağlı Medianın İnkişafı Agentliyi ilə birgə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirdiyini xatırlatdı. Şura sədrinin sözlərinə görə, Agentlik sözügedən konfransa dair xülasə hazırlayıb ki, bu sənəd, həm ana dilimizin qorunması ilə bağlı çağırış əhəmiyyəti daşımaqdadır, həm də görüləcək işlərin parametrlərinə sistemli baxış nümunəsidir.

R.Məcid bildirib ki, Şuranın İdarə Heyətinin 2025-ci ildə keçirilmiş son iclasında da Prezident İlham Əliyevin fikirlərindən irəli gələn məsələlər müzakirə edildi və müvafiq olaraq Mətbuat Şurasının Dil Komissiyasının tərkibi yenidən formalaşdırıldı. Komissiyanın sədri İH üzvü, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı seçildi. Qurumun tərkibində İdarə Heyətinin digər üzvlərindən - “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşovun, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmlinin, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının, həmçinin Şuranın Nəzarət Təftiş Komissiyasının üzvü, “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyevin, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlinin təmsilçiliyi məqbul sayıldı.

R.Məcid onu da bildirib ki, Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ana dilimizin qorunması məsələsinə daha geniş yer verib. Dövlətimizin başçısı dilimizi dövlətçiliyin əsas atributlarından biri, hətta bayraqla, gerblə, himnlə birlikdə birincisi adlandırdı və vurğulayıb ki, uzun illər xalqımızın yaşadığı məhrumiyyətlər düşüncələrdə mənfi təsirlər və fəsadlar yaradıb. Həmin fəsad və təsirlərin aradan qaldırılması vacibdir.

MŞ sədri rəhbərlik etdiyi qurumun Dil Komissiyasının bu gün keçiriləcək genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı daha geniş müzakirənin aparılacağını, konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini vurğulayıb. Bundan əvvəl isə Şuranın İdarə Heyəti bir sıra mütəxəssislərin Dil Komissiyasında təmsilçiliyi məsələsinə baxmalıdır. R.Məcid namizədlərin adlarını açıqladı və müzakirələrdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyevin (Tofiq Müzəffəroğlu), AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərovun, əməkdar artist, tanınmış teleaparıcı Nərgiz Cəlilovanın, İTV telekanalının aparıcısı Vüsalə MŞ sədri rəhbərlik etdiyi qurumun Dil Komissiyasının bu gün keçiriləcək genişləndirilmiş iclasında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı daha geniş müzakirənin aparılacağını, konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdiriləcəyini vurğulayıb. Bundan əvvəl isə Şuranın İdarə Heyəti bir sıra mütəxəssislərin Dil Komissiyasında təmsilçiliyi məsələsinə baxmalıdır. R.Məcid namizədlərin adlarını açıqlayıb və müzakirələrdən sonra Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Müasir Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Hacıyevin (Tofiq Müzəffəroğlu), AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, dosent Rasim Heydərovun, əməkdar artist, tanınmış teleaparıcı Nərgiz Cəlilovanın, İTV telekanalının aparıcısı Vüsalə Məmmədovanın da komissiyaya üzvlüyü təsdiqləndi. Həmçinin, APA İnformasiya Agentliyinin redaktoru Nadir Yalçın qurumun katibi seçildi. Beləliklə, Şuranın Dil Komissiyası sədr Vüsalə Mahirqızı, sədr müavini Seyfənddin Hüseynli və katib Nadir Yalçın olmaqla, ümumilikdə 12 nəfərdən ibarət olaraq təşkil edildi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see161

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see154

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see128

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri