Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

MƏTBUATIN “İNTİHAR ORKESTRİ”...

MƏTBUATIN “İNTİHAR ORKESTRİ”...

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Emil Rasimoğlu, şair - publisist

Son günlər ölkədə çap mediasının (qəzetin) hazırkı durumunun əksər media mənsubları tərəfindən, necə deyərlər, qəzetin halına ağlamışcasına müzakirəyə çıxarılması sözün bütün mənalarında adama qəribə gəlir...

Doğrudu, qəzet (qəzetçilik) ənənələrinin varlığı qalıcılıq baxımdan daha çox güvənclidir, etibarlıdır... amma və lakin(!) bu məsələnin texniki tərəfidir. XÜSUSƏN DƏ qəzetin durumundan söz açmazdan ÖNCƏ ölkədə mətbuatın hansı situasiyada olmasından, bir az da konkret desək, (az qism istisna!) mətbu orqanların, mətbu prinsiplərin (hətta jurnalist və jurnalistika varlığının) hansı situasiyada can çəkməsindən danışmaq lazımdır, əzizlərim...

Öz peşəsinin (və eləcə də qələminin, mövqeyinin) “onurğasını” sındırıb (və ya sındırılmasına şərait yaradıb!), o peşənin ilahi prinsiplərini “maraqlara” qurban edən (qurban etmək üçün hətta növbədə dayanan!)... və bütün bunların fonunda, necə deyərlər, mətbuatın anasını ağlar qoyan bir çox əliqələmlilər indi gəlib mətbuata ağ gün axtarır…

Az qism mətbuat nümayəndəsi və az qism mətbu orqan istisna olmaqla(!) bu gün bir dönüb (zənglərlə, xahişlərlə, yarınmağa “xidmət” edən xislətlə, eyni zamanda, “maraqların diqtəsi” ilə) anasını ağlar günə qoyduğunuz, genetikasını zədələdiyiniz (hətta dəyişdiyiniz!) mətbu orqanlara... və o orqanların fonunda öz durumunuza baxırsınızmı?...

YAXŞI XATİRİMDƏDİR, Yazıçılar Birliyinin son qurultayı məsələləri dönəmi idi. Günlərin bir günü “Teleqraf.com”-un əməkdaşı (daha dəqiq desək, Qurban Yaquboğlu) gedib Anardan müsahibə aldıqdan sonra Anarın həmin müsahibədəki fikirlərinə münasibətimi öyrənmək üçün mənə üz tutdu... və təbii ki, suallarını qətiyyət və ədalətlə cavabladım, münasibətimi ortaya qoydum. Amma və lakin(!) gözəlim məmləkətin bu cənab jurnalisti (həm də intihar ipindəki prinsipləri özünə göz dağı olmuş jurnalisti!) Qurban Yaquboğlu nə desə (əslində isə nə etsə) yaxşıdır? “Biz bu müsahibəni “yumşaq” variantda, “yumşadılmış” variantda verə bilərik” – deyib, HƏTTA ərinmədən (əslində isə öz çatlamış mövqeyindən təəssüf hissi keçirmədən!) müsahibəni, necə deyərlər, “budayıb”, öz “jurnalist xarakteri”nin gününə salmışdı da!... Və təbii ki, bu dəfə mənim tərəfdən həmin müsahibənin (o vəziyyətdə!) yayımlanmasına qəti razılıq verilmədi. Baxın, həmin zaman Qurban Yaquboğlunun (media nümayəndəsi kimi) qarşımda aldığı “güllələnmiş” surəti ƏSLİNDƏ, (az qism istisna!) Azərbaycan mətbuatının, jurnalistinin və jurnalistikasının(!) hazırkı çağımıza qədər gəlib çıxan surəti idi... 

Mətbuat və jurnalist taleyinə nə oldusa elə Qurban Yaquboğlunun dediyi həmin o “yumşalmaların” fonunda, mahiyyətində, tərkibində, girdabında oldu. ... İNDİ ƏZİZLƏRİM, siz də görün, nəyi qoyub, nədən danışırsınız. Necə deyərlər, lələ köçüb, heç yurdu da qalmayıb!...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Dekabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see681

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see650

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see647

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see507

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see468

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see460

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see437

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see400

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see354

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see348

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see346

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see335

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see331

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see328

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see327

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see322

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see317

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see316

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see310

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see293
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri