Icma.az
close
up
RU
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 iyun, AZƏRTAC

Xalq şairi Səməd Vurğunun yaradıcılığı yaşadığı dövrün sərhədlərini aşaraq yeni nəsillər üçün də aktuallığını qoruyub saxlayır.

Bunu AZƏRTAC-ın müxbiri ilə söhbətində ədəbiyyatşünas, Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müəllimi Məti Osmanoğlu deyib.

Ədəbiyyatşünas bildirib ki, Səməd Vurğunun yaradıcılığının əbədiliyini şərtləndirən əsas amil yalnız əsərlərində qaldırdığı mövzuların aktuallığı deyil, həm də şairin milli-mədəni yaddaşda tutduğu xüsusi mövqedir. “Ona milli yaddaşda “vətəndaşlıq hüququ” verən, yaradıcılığını mədəniyyətimizin ayrılmaz tərkib hissəsinə çevirən başlıca keyfiyyət hansı mövzularda yazması deyil, şairin “böyük zaman” yolçusu olmasıdır”, – deyə o vurğulayıb.

M.Osmanoğlu qeyd edib ki, ədəbiyyat nəzəriyyəçisi Mixail Baxtinin yanaşmasına görə, ədəbiyyatın zamanı iki səviyyəyə ayrılır: müəllifin yaşadığı “kiçik zaman” və əsərin müəllifdən sonra ömür sürdüyü “böyük zaman”. Əsl sənət əsəri də məhz zaman keçdikcə yeni mənalar və dəyərlər qazanır.

Səməd Vurğunun sovet dövründə yaşayıb-yaratmasına baxmayaraq, əsərlərinin xalq yaddaşının ilkin qatları, mifologiya, epos və keçmişin mənəvi dəyərləri ilə daim dialoqda olduğunu bildirən müsahib vurğulayıb: “Bu mənada, Səməd Vurğun yaradıcılığı bizimlə köklərimiz arasında daimi bir körpüdür. Bu ünsiyyət hər zaman aktual qalacaq və maraq doğuracaq”.

Ədəbiyyatşünasın fikrincə, şairin poeziyasının ölməzliyini təmin edən mühüm amillərdən biri də onun xalq dili və milli mədəni ənənələrlə sıx bağlılığıdır. M.Osmanoğlu qeyd edib ki, Səməd Vurğunun poeziyası həm aşıq sənətində, həm də peşəkar musiqidə uğurla səslənir. Bu da onun bədii irsinin miqyasını və müxtəlif mədəni qatları birləşdirmək gücünü göstərir.

Müxbir - Lalə Minasazova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyun 2026 17:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri