Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Metroda qırmızı və yaşıl xətlərin ayrılması həm yerüstü, həm də yeraltı sərnişin yükünü tənzimləyəcək

Metroda qırmızı və yaşıl xətlərin ayrılması həm yerüstü, həm də yeraltı sərnişin yükünü tənzimləyəcək

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi çərçivəsində “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında birləşdirici tunelin inşa edilməsi səbəbilə “28 May” stansiyasından “Dərnəgül” stansiyası istiqamətinə doğru qatarların hərəkəti müvəqqəti təşkil edilməyəcək. “28 may”-“Dərnəgül” stansiyaları arası hər zaman sərnişinlərin çox olduğu stansiyalar olub.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyolinfo xəbər portalına açıqlamasında bildirib ki, bu layihə çox vacib bir layihədir.

Rauf Ağamirzəyev

“Şəhər mobilliyi nöqtey-i nəzərindən bildiyimiz kimi, məncə dünyada elə bir nümunə yoxdur ki, Bakıdakı kimi metronun iki xətti eyni müstəvidə kəsişsin. Bu, özlüyündə bir problemdir. Yəni bu xətlər varsa, iki xəttin arasında keçid stansiyası olmalıdır. Bizdə keçid stansiyası var, amma tam funksionallığı təmin olunmayıb. Təəssüflər olsun ki, bu səhvi düzəltmək lazımdır. Çünki sərnişin axını parçalanmalıdır. Nəzərə alaq ki, böyük şəhərlərdə olan metro şəbəkələrində bu cür keçid stansiyalarının sayı çox olur. Bir neçə xətt varsa, xətlərin kəsişmə nöqtəsindəki keçid stansiyası sərnişin axınını birindən digərinə yönləndirir”-deyən Rauf Ağamirzəyev qeyd edib ki, dövlət proqramı mərhələli şəkildə icra olunacaq.

“Artıq ilkin mərhələsi start verilib. Dərnəgül deposunun tikintisinə başlanılıb. Həmçinin Dərnəgül deposunun tikilməsi ilə yanaşı, xətlərin ayrılması layihəsi də icra olunacaq. Bu il ərzində xətlərin ayrılması dövründə “Həzi Aslanov-İçərişəhər” xətti olduğu kimi fəaliyyətini davam etdirəcək. Yaşıl xəttin “28 may-Nizami” aralığı altı aylıq müddətə bağlanacaq”-deyən ekspert bildirib ki, bu müddət ərzində “28 May”-dan üzü Nizami metrosu istiqamətində "shuttle" tipli avtobuslar təşkil olunacaq.

“Əlavə həll yolu da nəzərdə tutula bilər. Nizamidən Dərnəgülə də yenə eyni qayda ilə hərəkət davam edəcək, yəni metro işləyəcək. Bu da artıq qaçılmaz bir prosesdir. Yəni bunu anlayışla qarşılamalıyıq. Çünki bunun yekunu şəhər mobilliyinə müsbət təsir edəcək. Həmçinin xətlərin ayrılması layihəsi çərçivəsində “İçərişəhər” metro stansiyasından sonra dönmə kamerası təşkil olunacaq. Yəni indiki halda bilirsiniz ki, “İçərişəhər” metro stansiyasının iki platforması olsa da, amma biri fəaliyyət göstərir. Qatar gəlir, sərnişinlər düşür. Digər qatar tuneldə gözləyir ki, bu qatar geriyə hərəkət etsin və o təzədən stansiyaya daxil ola bilsin. Amma dönmə kamerası tikiləndən sonra qatarların ardıcıl hərəkəti təmin olunacaq. Yəni biri gedib, dönüb qayıdacaq digəri stansiyaya daxil olacaq və bu da yekunda bugünkü intervalların olmasına xidmət edəcək”-deyən Rauf Ağamirzəyev qeyd edib ki, yaxın beş il ərzində 10 yeni metrostansiyanın tikilməsi, yeni bənövşəyi xəttin şəhər mərkəzinə gətirilməsi və yaşıl xətt üzrə “Xətai-Həzi Aslanov” əlaqəsinin təmin olunması nəzərdə tutulur.

Rauf Ağamirzəyev vurğulayıb ki, bütün bunlar ümumi şəhər mobilliyində fərqli istiqamətlərdə hərəkətliliyi təmin etməklə yanaşı, həm də sərnişin yükünü parçalayacaq. Eyni zamanda həm də yerin üstündə yükü götürəcək, həmçinin də yeni metro açılan yerlərə də bir iqtisadi aktivlik gətirəcək.

“Ümumi olaraq şəhərimizdə yaxın beş il ərzində mobilliyin transformasiyası baş verəcək. Yəni biz bu gün gördüyümüz hərəkətlilik tamam başqa bir hərəkətliliyə gətirib çıxaracaq. Bu da hər mənada şəhərdə yeni bir fürsətlər yaradacaq. Yeni transformasiyaya uyğun olaraq, yeni fürsətlər yaranandan sonra iqtisadi aktivlik olacaq. Yəni müəyyən obyektlərin, hətta o yerin dəyişməsi kimi bir fürsətlər yaranacaq. İndi şəhərimiz əgər monosentrikdirsə, yəni bir mərkəzlidirsə, bu polisentrikliyə baş planda nəzərdə tutulmuş çoxmərkəzliliyə bir addım atılmış olacaq. Bu da insanların hərəkətliliyinə və logistikaya birbaşa müsbət təsir edəcək”-deyə ekspert əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri