Ekspert: Paytaxtda yerüstü nəqliyyat xətlərinin çəkilməsi metroda sərnişin sıxlığını azaltmayacaq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Metroda sərnişin sıxlığının azaldılması üçün alternativ variant kimi yerüstü metro stansiyasının və ya tramvay, trolleybus xətlərinin çəkilməsi mümkündürmü?
AZƏRTAC-ın sualına cavab olaraq ekspert Eldəniz Əmirov bildirib ki, Bakışəhərində, onun mərkəzi hissəsində yerüstü xətlərin - tramvay, trolleybus və ya metronun çəkilməsi gözlənilən nəticəni verməyəcək.
O qeyd edib ki, yerüstü xətlərin tikintisi yalnız Bakının ətraf kənd və qəsəbələrində, məsələn Xırdalan, Masazır və digər istiqamətlərdə mümkündür. Paytaxtın mərkəzi hissəsində isə yeraltı metro stansiyalarının sayının artırılması daha yaxşı olardı: “Çünki son 30 ildə şəhərsalma qaydaları çox pozulub. Şəhər infrastrukturu sahəsində həllini gözləyən müəyyən problemlər mövcuddur. Nəticə etibarilə bu gün paytaxtda hər hansı bir tamvay və trolleybus xəttinin çəkilməsi hərəkəti daha iflic edəcək. Çünki tramvay və trolleybus xətləri mövcud olarsa, onlar 2, 3 və ya 5 dəqiqə deyil, daha uzunmüddətli zaman məsafəsində işləyəcəklər. Bu baxımdan, sözügedən yolların çəkilməsi nəqliyyatın da hərəkətinə ciddi problemlər yaradacaq. Bu gün adicə velosiped və skuter zolaqlarının salınması şəhər nəqliyyatı və infrastrukturu üçün ciddi problemlərə səbəb olur”, - deyə E.Əmirov əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 12 Noyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















