Icma.az
close
up
RU
Metroda sıxlıq azalacaq: qatarlar 2 dəqiqə intervalla işləyəcək

Metroda sıxlıq azalacaq: qatarlar 2 dəqiqə intervalla işləyəcək

Icma.az bildirir, Gununsesi portalına istinadən.

“Xüsusi olaraq qeyd edim ki, xətlər ayrıldıqdan sonra sərnişinlərimiz “Yaşıl xətt” üzrə hərəkət edərkən Cəfər Cabbarlı–28 May stansiyaları istiqamətində hərəkət edə biləcəklər, yəni keçid edə biləcəklər”.

Gununsesi.info xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, “Qırmızı xətt” üzrə hərəkət edən sərnişinlər 28 May–Cəfər Cabbarlı istiqamətində piyada keçidlərindən də istifadə edə biləcəklər:

“Bu məqsədlə daha bir piyada keçidi inşa olunur. Bu, axınların qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. Xüsusi olaraq qeyd edim ki, layihənin növbəti mərhələsi Bakı Metropoliteni üçün bu gün əsas vəzifə olan sıxlığın aradan qaldırılmasını həyata keçirməyə imkan verəcək”.

Bəxtiyar Məmmədov qeyd edib ki, sıxlığın aradan qaldırılması üçün ilk növbədə intervalların azaldılması çox vacibdir: “Bu məqsədlə “İçərişəhər” stansiyasının arxasında dönmə kamerası inşa olunur. Qeyd etdiyim 10 stansiyadan ikisi inşa olunacaq və orada da dönmə kamerası yerləşəcək. Dönmə kamerası qatarların hər hansı bir maneə olmadan stansiyaları dövrə vuraraq xətt üzrə adi qaydada hərəkətini təmin edir. Beləliklə, bu gün Bakı Metropoliteni sərnişinlərinə hər iki xətt üzrə 3 dəqiqə 30 saniyədən aşağı interval təklif edə bilmirsə, bu layihələr icra olunduqdan sonra hər iki xətt üzrə maksimal interval 2 dəqiqə olacaq”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Avqust 2026 19:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see280

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see236

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see218

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see215

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see213

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see212

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see211

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see209

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see207

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see206

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see204

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see203

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see203

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see200

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see198

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see195

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see195

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see190

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see179

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri