Metroda tələblərə uyğun olmayan yükə görə ödəniş edilməlidir RƏSMİ AÇIQLAMA FOTO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı metrosundan hər gün yüz minlərlə sərnişin istifadə edir.
Avtosfer.az xəbər veriri ki, bəzi vətəndaşlar sadəcə səyahət edir, bəziləri isə əllərində iri çantalar, bağlamalar və ya alış-veriş paketləri ilə qatara minir.
Paytaxt sakinləri arasında bu məsələ ilə bağlı fikir ayrılığı var. Bəziləri hesab edir ki, metroda yalnız əl yükünə icazə verilməlidir, digərləri isə müəyyən çəki və ölçülərdən artıq olan əşyalar üçün əlavə haqqın tətbiq oluna biləcəyini düşünür.
Bəs qanunda metro ilə daşınan əlavə yükə görə əlavə ödəniş nəzərdə tutulubmu?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-dən Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 oktyabr tarixli 179 nömrəli qərarı ilə qəbul edilmiş “Bakı Metropolitenindən istifadə qaydaları”nın 2.2 bəndinə əsasən, sərnişinlər uzunluq, en və hündürlük, ölçülərinin cəmi 121 sm-dən 200 sm-ə qədər olan hər bir əl yükü üçün, eləcə də uzunluğu 151 sm-dən 220 sm-ə qədər olan uzun ölçülü hər bir əl yükü üçün gediş haqqı ödəməlidirlər.
Fidan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 22 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















