Icma.az
close
up
RU
Metroda üztanıma sistemi Məsafəyə əsaslanan ödəniş modeli mövcud problemi həll edə bilər

Metroda üztanıma sistemi Məsafəyə əsaslanan ödəniş modeli mövcud problemi həll edə bilər

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gedişhaqqı ödənişi sisteminin tətbiqi barədə danışıqlar aparılır. Lakin bu yenilik cəmiyyətdə birmənalı qarşılanmayıb. Vətəndaşlar deyirlər ki, bu cür texnoloji yeniliklərə ayrılacaq vəsait əvəzinə, qatar sayının artırılması və müəyyən sosial kateqoriyalara - tələbələrə, qazilərə, şəhid ailələrinə güzəştlərin tətbiqi daha məqsədəuyğundur.

Bəs həqiqətən də bizə üz tanıma sistemi lazımdırmı? Bakı metrosunda prioritet hansı tədbirlər olmalıdır? Bu sistemin beynəlxalq təcrübəsi nə deyir, oxşar texnologiyalar digər ölkələrdə uğurlu nəticə veribmi?

"Ölkə.az" xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, bu cür texnologiyaların tətbiqi əslində çox müsbət yanaşmadır. O bildirib ki, qatar və vaqonların alınması prosesi də plan üzrə davam edir:

"Burada ciddi bir ləngimə yoxdur. İşlər planlı şəkildə gedir və artıq müəyyən irəliləyişlər də var. Yeni vaqonlar, qatarlar alınır. Hətta gələcəkdə Azərbaycanda qatar və vaqon istehsal edən zavodun tikintisi ilə bağlı da müzakirələr aparılır. Bu həm Bakı Metropoliteninin, həm də dəmir yollarının fəaliyyətini xeyli asanlaşdıracaq. Beləliklə, texniki təmir, ehtiyat hissələrinin əldə edilməsi və yeni vaqonların alınması prosesi sürətlənəcək. Bu kontekstdə üz tanıma sistemi də gündəmdədir. Əslində bunu klassik "üz tanıma texnologiyası" kimi qəbul etməyə də ehtiyac yoxdur. Bu, sadəcə olaraq ödənişin yeni formasıdır. Xüsusi terminallar vasitəsilə həyata keçirilən həmin sistem artıq dünyanın bir çox inkişaf etmiş ölkələrində nəqliyyatda tətbiq olunur".

Müsahibimiz yaxın zamanda Portuqaliyada belə bir sistemlə qarşılaşdığını vurğulayıb:

"Hava limanında gördüyüm texnologiya sərnişinlərin keçidini xeyli asanlaşdırırdı. Artıq biletin kağız formasında təqdim olunmasına, əməkdaşın onu əl ilə yoxlamasına ehtiyac yoxdur. Terminallar üz tanıma sistemi ilə sərnişini tanıyır, sistem məlumatları qəbul edir və keçid dərhal baş tutur. Nəticədə nə növbə olur, nə də vaxt itkisi. Həm də orada hansısa bir işçinin oturub həm söhbət, həm də iş görməsi kimi vəziyyətlər aradan qalxır. Düzünü desəm, bu tip yeniliklərdə bir az nostalji hiss də var. Çünki bəzən bu texnologiyalarla bərabər insan resursları da azalır, iş yerləri itir. Amma səmərəlilik baxımından yanaşdıqda zəruri saymaq olar".

E.Muradlı deyib ki, bu, heç də çox bahalı bir texnologiya deyil:

"Ola bilər ki, bir qatarın qiymətinə bütün metro sisteminə uyğun üz tanıma ödəniş sistemini qurmaq mümkün olsun. Belə texnologiyaları qəbul etmək lazımdır. Çünki bu, faydalı və gələcəyə yönəlik bir addımdır. Gələcək planlar arasında məsafəyə görə ödəniş sistemi də var.

Yəni siz iki dayanacaq gedirsinizsə, yalnız o iki dayanacağa görə ödəniş edəcəksiniz. Beş dayanacaq gedən isə daha çox pul ödəyəcək. Bu, dəyişən qiymət rejimi olacaq və daha ədalətli bir modeldir. Hazırda, məsələn, biri "Sahil"dən minib "28 May"da düşür deyə 50 qəpik ödəyir. Digəri isə "İçərişəhər"dən minib, iki dəfə qatar dəyişir, "Avtovağzal" stansiyana qədər gedir, yenə eyni məbləği ödəyir. Bu, ədalətli deyil. Məsafəyə əsaslanan ödəniş modeli mövcud problemi həll edə bilər".

Elməddin Muradlı onu da əlavə edib ki, gələcəkdə güzəştli istifadə imkanları da nəzərdə tutulur:

"Tələbələr, şəhid ailələri, qazilər, təqaüdçülər və s. üçün endirimli tariflər tətbiq olunacaq. Eyni zamanda, aylıq və ya illik abunə sistemi ilə bilet alan sərnişinlər üçün də daha sərfəli qiymətlər təklif ediləcək. Bütün bunlar ümumilikdə müsbət yanaşmalardır. Bu dəyişikliklərin effektini tezliklə görəcəyik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 11 Sentyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri