Icma.az
close
up
RU
Mevlüt Erdinç: Azərbaycan futbolu çox gözəl gələcəyə sahibdir

Mevlüt Erdinç: Azərbaycan futbolu çox gözəl gələcəyə sahibdir

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 12 noyabr, AZƏRTAC

Türkiyə millisinin sabiq futbolçusu, karyerası ərzində Fransanın PSJ və Türkiyənin “Fənərbağça” komandalarının formasını geyinmiş Mevlüt Erdinç “Qarabağ”ın UEFA Çempionlar Liqasında (ÇL) göstərdiyi nəticələri dəyərləndirib, Azərbaycan milli komandası ilə bağlı təəssüratlarını bölüşüb.

Bu barədə AZƏRTAC-a açıqlama verən veteran hücumçu 2014-cü ildə Fransanın “Sent-Etyen” klubunun heyətində Bakıda “Qarabağ”a qarşı keçirdiyi görüşü (0:0) hələ də böyük məmnuniyyətlə xatırladığını, Ağdam təmsilçisinin o vaxtdan bu günə qədər çox inkişaf etdiyini söyləyib: “Matç qolsuz heç-heçə ilə yekunlaşmışdı. Tofiq Bəhramov adına Respublika Stadionunda çox gözəl atmosfer var idi. Qurban Qurbanov çox təcrübəli məşqçidir və komandası onun rəhbərliyi altında Çempionlar Liqasında olduqca yaxşı çıxış edir. Bir türk olaraq, qardaş ölkə Azərbaycanla qürur duyuram”.

M. Erdinc “köhlən atlar”ın Liqa mərhələsində noyabrın 26-da İtaliyada “Napoli”yə qarşı keçirəcəyi V tur qarşılaşmasında da şanslarının az olmadığını vurğulayıb: “Napoli” çox güclü heyətə malikdir, amma “Qarabağ” Çempionlar Liqasında müsbət nəticələr qazanır və artıq özünəinamla oynayır. Yarımmüdafiəçi Abdullah Zubirlə futbolçu kimi qarşılaşmışam. Texnikalı və təcrübəli oyunçudur. Ümid edirəm ki, İtaliya təmsilçisindən xal ala bilərlər”.

38 yaşlı keçmiş hücumçu Azərbaycan milli komandası barədə də fikirlərini açıqlayıb: “Daha əvvəl Azərbaycan millisindən təklif almamışam, amma gələcəkdə niyə də olmasın? Bu barədə düşünə bilərəm. Çünki həm “Qarabağ”, həm də ümumilikdə Azərbaycan futbolu çox gözəl gələcəyə sahibdir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri