Icma.az
close
up
RU
“Meydan TV” Ramiz Mehdiyevi niyə müdafiə edir? KONKRET

“Meydan TV” Ramiz Mehdiyevi niyə müdafiə edir? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident Administrasiyasının (PA) və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ölkəmizdə dövlət çevrilişi həyata keçirmək istədiyi xəbəri ölkə ictimaiyyətini təəccübləndirmədi.

Çünki cəmiyyətdə bununla bağlı çoxdan ictimai rəy formalaşmışdı və hamı bu xəbəri gözləyirdi. Maraqlıdır ki, bu rəyin təşəkkül tapmasında müxalifət də öz rolunu oynamışdı. Məhz müxalifət funksionerləri, xarici blogerlər Ramiz Mehdiyevi “Rusiyanın adamı”, “5-ci kolonun rəhbəri” adlandırırdılar.

Amma Ramiz Mehdiyevin həbsi gündəmə gələn kimi, radikal müxalifət və onlarla səs-səsə verən xarici blogerlər sabiq məmurun “dövlət çevrilişinə və hakimiyyəti zorla ələ keçirmək” cəhdinə lağ etməyə başladılar.

İş o yerə çatıb ki, xaricdə fəalliyyət göstərən “Meydan TV” Mehdiyevin AMEA akademiki kimi Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə ünvanladığı məktubun mediada üzə çıxmasını “hakimiyyətin uydurması” kimi qələmə verir. Təəccüblü deyil, çünki belə media quruluşları hakimiyyətin atdığı bütün addımlara “mız” qoymaq xəstəliyindən əziyyət çəkirlər. Ona görə də Azərbaycan dövlət strukturlarının “Rusiyanın adamları”ndan təmizlənməsi prosesinə heç sevinə bilmirlər.

Bu səbəbdən “Meydan TV” kimi media quruluşları AMEA prezidenti vəzifəsinə keçdikdən sonra Ramiz Mehdiyevin öz bəyanatlarında hakimiyyətin ünvanına atdığı “daş”lardan bəh-bəhlə söz açırdılar.

Bəs Ramiz Mehdiyev “AMEA akademiki” kimi imzaladığı məktubda nələrdən yazıb?

O, Qarabağı işğaldan azad edən dövlət idarəetmə sisteminin, eləcə də iqtisadi həyatın dərin böhranla əhatə olunduğunu, mövcud idarəetmə strukturunun səmərəsizliyini mövcud hökumətin xarakteri, əxlaqı və baxışları ilə izah olunduğunu, bunun struktur avtoritarizm tərəfindən iflic edilmiş qəddar bir ruhla bağlı olduğunu iddia edib.

Deməli, 1994-cü ildən 2019-cu ilədək PA-da çalışdığı dövrdə Ramiz Mehdiyev idarəetmə strukturunun səmərəsizliyini görməyib, amma oradan uzaqlaşdırılan kimi “qəddar ruhu” kəşf edib.

Məsələn, PA rəhbəri olarkən “Azərbaycan” qəzetinin 13 iyun 2013-cü il tarixli sayında “Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan – Ümummilli Lider Heydər Əliyevin qadir siyasətidir” sərlövhəli məqaləsində Ramiz Mehdiyev belə yazırdı: “Heydər Əliyev artıq 10 ilə yaxındır ki, aramızda yoxdur. Lakin Azərbaycanın inkişafına və modernləşdirilməsinə hədəflənmiş səmərəli dövlətçilik siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Heydər Əliyevin dərindən düşünülmüş, hazırlanmış və qətiyyətlə həyata keçirilən daxili və xarici siyasət kursu bu gün bütün istiqamətlərdə uğurla davam etdirilir… Heydər Əliyev gözəl başa düşürdü ki, siyasi sabitlik, lazımi iqtisadi inkişaf və ictimai əmin-amanlıq olmadan istənilən demokratiyanın ömrü az olacaqdır. Bu siyasəti son 10 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir…

Məhz bu kursun davamı kimi 2003-cü ildən Azərbaycanda yeni inkişaf strategiyası həyata keçirilir. İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində təxminən son 10 ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda ciddi dəyişikliklər və uğurlar qazanılmışdır. Bir çox parametrlərinə görə Azərbaycan sürətli inkişaf edən ölkəyə çevrilmişdir”.

Heç siz Ramiz Mehdiyevin bu və digər məqalələrində dövlət idarəetmə sisteminin və iqtisadi həyatın dərin böhranla əhatə olunduğundan, mövcud idarəetmə strukturunun səmərəsizliyindən bircə söz varmı? Əlbəttə ki, yox. Çünki özü həmin sistemi təmsil edirdi. Necə deyərlər, “bağda ərik var idi…”

Ramiz Mehdiyev kimilərinin bədbəxtliyi ondadır ki, bu adamlar Azərbaycan xalqının “Rusiyanın adamları”nı, “İranın adamları”nı qəbul etmədiyini anlamaq istəmirlər. Bundan sonra Azərbaycan xalqı onu 200 ildən çox əsarətdə saxlayan, erməni faşistlərini üstümüzə qısqırdan qəsbkar dövlətlərin bədxah niyyətlərinin müstəqil dövlətimizdə reallaşmasına heç bir zaman yol verməyəcəklər.

Mənbə: nocomment.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Oktyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri