Meyiti tapılan şəxsin anasından şok iddia: “Oğlumu bıçaqlayıb dərəyə atıblar“ FOTO
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Göygöldə dərədən meyiti tapılan 40 yaşlı kişinin qətlə yetirildiyi iddia olunub.
Moderator.az xəbər verir ki, bunu "Unikal"a meyiti aşkarlanan Saqib Quliyevin anası Rəna Quliyeva bildirib. Mərhumun anasının sözlərinə görə, onun oğlunu öldürüb dərəyə atıblar.
"Evdə oturmuşdum. Xəbər gəldi ki, oğlumu bıçaqlayıb dərəyə atıblar. Biz də gəlib gördük ki, oğlumun meyitini tullayıb qaçıblar. Bütün qurumlardan xahiş edirəm, mənim oğlumun qatilini tapsınlar. Oğlum dünən evdən çıxıb qayıtmamışdı. Evdən çıxanda dedi ki, ana, gedirəm əhəng alım gəlim. Öz evimizi təmir edirdi, həyətimizdə təmizlik işləri aparırdı. Oğlumu öldürüb məni düzdə qoydular. O boşanmışdı, iki azyaşlı oğlu var", - deyə ölən şəxsin anası bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 04 Fevral 2026 23:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















