Icma.az
close
up
RU
Meymunçiçəyi xəstəliyi, əlamətləri, yoluxma yolları və profilaktikası

Meymunçiçəyi xəstəliyi, əlamətləri, yoluxma yolları və profilaktikası

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Meymunçiçəyi – virus etiologiyalı, təbii çiçək xəstəliyinə bənzər simptomları olan, lakin daha az şiddətli və daha yüngül gedişatlı zoonoz (heyvandan insana yoluxan) xəstəlikdir.

Meymunçiçəyi adətən Mərkəzi və Qərbi Afrikada, əsasən, tropik meşələrin yaxınlığında olan ərazilərdə endemikdir.

İnsanda ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikasında (KDR) 9 yaşlı uşaqda qeydə alınıb. Bu günə qədər olan alovlanmalar KDR, Nigeriyada və  2003-cü ildə ilk dəfə Afrikadan kənarda ABŞ-də (70 yoluxma halı) müşahidə olunub. 2022-ci ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəlik üçün endemik sayılmayan 4 regionunda meymunçiçəyinə yoluxma halları haqqında məlumatlar təqdim edilib. Yoluxma hallarının əksəriyyətinin anamnestik məlumatlarında endemik ölkələrə səyahət tarixçəsi qeyd olunmayıb.

Xəstəliyə yoluxan insanda hərarət, güclü baş ağrısı, limfadenopatiya (şişmiş limfa düyünləri), kürək və bel ağrısı, mialgiya (şiddətli əzələ ağrıları), ağır asteniya (yorulma, halsızlıq), hərarət başlayandan 1-5 gün müddətində səpkilərin yaranması kimi əlamətlər özünü büruzə verir.

Meymunçiçəyi heyvandan insana və insandan insana ötürülə bilir. Yoluxmuş heyvanın qanı, bədən mayeləri, dəri və ya selikli qişaları ilə birbaşa təmas və ya yoluxmuş heyvanın tam bişməmiş əti ilə qidalanma vasitəsilə heyvandan insana yoluxma halları baş verə bilər. İnsandan insana yoluxma halları isə dəri səpkilərinin möhtəviyyatı (irin, qan) və ya qabıqları, hava-damcı yolu ilə uzunmüddətli və yaxın şəxsi təmas, xəstənin yataq dəsti, dəsmalı, paltarı və istifadə edilmiş digər əşyaları, cinsi əlaqə, dəri və selikli qişalar, doğuş zamanı və ya doğuşdan sonra anadan dölə yaxın təmas vasitəsilə baş verə bilər.

Xəstəliyin profilaktikası məqsədilə 18 yaşdan yuxarı şəxslər üçün iki dozalı peyvənd (vaksinasiya təmasdan sonrakı şəxslərə də 4 gün ərzində aparıla bilər) tətbiq olunur.  Yoluxma halı  təsdiqlənmiş və ya şübhəli hesab edilən şəxslərin təmas və hava-damcı izolyasiyasına alınması, simptomlu şəxs və onun əşyaları ilə təmasdan sonra əllərin yuyulması və dezinfeksiyası vacibdir.

Qeyd edək ki, bu günə qədər TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinməyib. Yoluxma şübhəsi olan xəstədən qaydalara uyğun olaraq nümunə götürülərək ərazi üzrə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə göndərilir.

Hazırda  TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində xəstələrin müalicəsi üçün uyğun infrastruktur mövcuddur. Tibb müəssisələri virus əleyhinə dərman vasitəsi ilə təmin olunub.

Eyni zamanda qeyd edirik ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mütəxəssisləri tərəfindən birgə hazırlanan meymunçiçəyi xəstəliyinin diaqnostika və müalicəsi üzrə klinik protokol mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının 14 iyun 2022-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş bu protokol ilkin səhiyyə xidmətində çalışan terapevtlər, pediatrlar, ailə həkimləri, təcili tibbi yardım həkimləri, həmçinin yoluxucu və dəri-zöhrəvi xəstəliklər üzrə mütəxəssislər üçün nəzərdə tutulub.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 04:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri