Icma.az
close
up
RU
Gəncləri və yeniyetmələri ölümə sürükləyən Mavi Balina ilə bağlı ŞOK AÇIQLAMA

Gəncləri və yeniyetmələri ölümə sürükləyən Mavi Balina ilə bağlı ŞOK AÇIQLAMA

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son günlər yenidən “Mavi Balina” oyunu ilə bağlı məlumatların gündəmə gəlməsi ictimai narahatlığı artırıb. Xüsusilə sosial şəbəkələrdə uşaqların bu oyuna cəlb olunması ilə bağlı paylaşımlar valideynlər arasında təşviş yaradıb. Mövzu ilə bağlı yayılan bəzi yanlış təsəvvürlər isə vəziyyəti daha da gərginləşdirir.

Avtosfer.az xəbər verir ki, bir çox media resurslarında “Mavi Balina”nın xüsusi tətbiqi və ya endirilə bilən oyun formasında təqdim edilməsi həqiqətə uyğun deyil və bu, mövzunun mahiyyətini tamamilə təhrif edir.

Məsələ ilə bağlı İKT üzrə ekspert Elvin Abbasov açıqlamasında narahatlığını ifadə edib və media nümayəndələrinə xüsusi xəbərdarlıq ünvanlayıb:
“Mavi Balina” oyunu rəqəmsal məhsul deyil. Özünəməxsus tətbiq və ya sayt yoxdur!


Media nümayəndələrinin bu mövzuya yanaşmasında yaranan yanlış təsəvvürün qarşısını almağı vacib hesab edirəm. “Mavi Balina” (Blue Whale Challenge) fenomeni bir vaxtlar məktəblilər arasında intihar hallarına səbəb olduğu iddia edilən, lakin əslində özünəməxsus rəsmi tətbiqi və ya veb-saytı olmayan bir kiberfenomendir. Bu, klassik bir videooyun deyil, birbaşa sosial mühəndislik və psixoloji manipulyasiya zənciridir”.

Ekspertin sözlərinə görə, proses tətbiq və ya oyun üzərindən yox, şəxsi mesajlaşma kanalları vasitəsilə baş verib:

“Bu fəaliyyət heç bir texnoloji infrastruktur tələb etmirdi. Təşkilatçılar (“kuratorlar”) intihara meyilli və ya psixoloji cəhətdən həssas gəncləri müəyyən edərək "Telegram", "WhatsApp" və ya köhnə sosial şəbəkələrdə gizli qruplar vasitəsilə əlaqə qururdular. Onlar qurbanların şəxsi məlumatlarını, fotoşəkillərini və geolokasiya informasiyalarını şantaj vasitəsi kimi istifadə edir və uşaqları son tapşırıqları yerinə yetirməyə məcbur edirdilər”.

Elvin Abbasov hesab edir ki, media mövzunu yanlış istiqamətdə təqdim etməməlidir:

“Jurnalistlər üçün əsas diqqət mərkəzi tətbiq axtarışı deyil, kibertəzyiqin və psixoloji manipulyasiyanın mexanizmlərinin araşdırılması olmalıdır.”
Ekspert fenomenin tarixçəsinə də aydınlıq gətirib:

““Mavi Balina” fenomeni 2013-cü ildə yaranıb və ilk dəfə Rusiyanın ən populyar sosial şəbəkəsi olan “VKontakte” üzərindən yayılıb. Bu “oyunun” yaradıcısı, keçmiş filologiya tələbəsi Filipp Budeykindir. O, öz ifadəsində bu prosesi ‘bioloji tullantı’ hesab etdiyi insanları intihara sürükləmək məqsədilə yaratdığını deyib. Budeykin 2016-cı ildə həbs edilib və bu fəaliyyətlə bağlı məhkum olunub.


“Mavi Balina”nı hansısa tətbiq kimi göstərmək yanlışdır:

“Beləliklə, “Mavi Balina” nə bir tətbiq, nə də oyun platformasıdır. Bu, sosial şəbəkə üzərindən yayılan, konkret bir şəxs tərəfindən yaradılmış və psixoloji manipulyasiyaya söykənən sosial təhdiddir”. 

Ekspert son olaraq bildirib ki, "Mavi Balina" tipli kibertəhdidlərin əsas təhlükəsi texnoloji tətbiqdən deyil, psixoloji manipulyasiya və kiber-şantaj mexanizmindən qaynaqlandığı üçün, valideynlər müdafiəni iki əsas istiqamətdə qurmalıdırlar:

"Birincisi, emosional və davranış nəzarətidir: valideyn uşaqla qorxutmadan, açıq ünsiyyət qurmalı, onlara yad şəxslərin verdiyi gizli, zərərli və ya özünə xəsarət tələb edən tapşırıqlar barədə dərhal məlumat verməyin zəruriliyini başa salmalıdır. Uşağın davranışında (təcrid, aqressivlik, yuxu pozğunluğu) və ya bədənində (kəsiklər) yaranan hər hansı qəfil dəyişiklik dərhal araşdırılmalıdır. İkincisi, texniki və məlumat təhlükəsizliyi tədbirləridir: cihazlarda "Parental Control" funksiyaları və yaş məhdudiyyətləri aktivləşdirilməli, uşağın icazəsiz yeni və naməlum tətbiqlər yükləməsinin qarşısı alınmalıdır. Ən əsası, uşaqlara şəxsi məlumatları, fotoşəkilləri və ya veb-kamera görüntülərini yad şəxslərlə bölüşməməyin təhlükələri barədə daimi maarifləndirmə işi aparılmalıdır ki, bu məlumatlar gələcəkdə şantaj vasitəsinə çevrilməsin".

Hüquqşünas Əkrəm Həsənovun fikrincə, uşaqların təhlükəli internet kontentindən, saytlarından və məzmunundan qorunması vacibdir:


"Yalnız təhlükəli oyunlar deyil, müxtəlif qadağan olunmuş, uşaqlara uyğun olmayan, etik və tərbiyəsiz məzmun da nəzərə alınmalıdır. Burada nəzarət olmalıdır. Bunu yalnız qanun və dövlət tək edə bilməz. Dövlət saytlara blok qoya bilər və qoymalıdır. Amma VPN kimi üsullarla bu məhdudiyyətləri keçmək mümkündür. Yəni, dövlət nə qədər blok qoysa da, məsələ daha çox valideynlərin üzərinə düşür. Valideynlər nəzarət etməlidirlər, övladlarının nəyə baxdığını bilməlidirlər. Eyni zamanda məktəbin də rolu var, amma uşaq bütün gün məktəbdə deyil. Müəllimlər uşaqların nəyə baxdığını və nə etdiyini müəyyən etdikdə marifləndirmə işini aparmalıdırlar. Dövlət nə etməlidir? Dövlət sadəcə belə saytları bloklamalıdır. Bizdə belə bir mexanizm ümumən var, sadəcə bunu daha da genişləndirmək lazımdır”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 04 Dekabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri