Icma.az
close
up
RU
Meymunçiçəyi virusu haqqında BİLMƏDİKLƏRİNİZ

Meymunçiçəyi virusu haqqında BİLMƏDİKLƏRİNİZ

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu günlərdə Azərbaycanda ilk dəfə meymunçiçəyi virusuna yoluxma halı qeydə alınıb.

Səhiyyə Nazirliyi və TƏBİB-in birgə məlumatına görə, 22 yaşlı Azərbaycan vətəndaşı bu il yanvarın əvvəlində xarici ölkəyə səfər edib və qayıdandan sonra onda halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları müşahidə olunub.

Bəs meymunçiçəyi nədir? 

Lent.az-ın apardığı araşdırmaya görə, meymunçiyəyi yeni növ virus deyil. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. Adından görsəndiyinin əksinə olaraq, xəstəlik yalnız meymunlardan ötürülmür. Virusun daşıyıcıları daha çox gəmiricilər və çöl heyvanlarıdır.

Epidemiyalar nə qədər yayğındır?

Virus ilk dəfə meymunda aşkar edilib və 1970-ci ildən bəri 10 Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb.

İndiyədək məlum olan ən böyük epidemiya 2017-ci ildə Nigeriyada baş verib. Burada 172 şübhəli hadisə olub. Yoluxanların 75 faizi 21-40 yaş arası kişilər olub.

Meymunçiçəyi infeksiyası təbii çiçək xəstəliyi ilə eyni ailəyə mənsub viruslara aid olsa da, o qədər təhlükəli deyil və mütəxəssislər ona yoluxma ehtimalının aşağı olduğunu hesab edirlər.

Meymunçiçəyinin əlamətləri nələrdir?

İlkin əlamətlərə qızdırma, baş ağrısı, şişkinlik, bel ağrısı, əzələ ağrısı və ümumi halsızlıq daxildir.

Qızdırma keçdikdən sonra səpgilər əmələ gələ bilər. Onlar adətən üzdən başlayır və sonra bədənin digər hissələrinə, daha çox ovuclara və ayaqların altına yayılır.

Kəskin qaşıntıya səbəb olan səpgilər müxtəlif mərhələlərdən keçir və qabıq qoyandan sonra azala bilir. Onlar həmçinin dəridə izlər buraxa bilər.

Adətən 14-21 gün davam edən xəstəlik öz-özünə səngiyir.

Meymunçiyəyinə necə yoluxmaq mümkündür? 
Meymunçiyəyinə yoluxma riski əsasən qərbi və mərkəzi Afrika çöllərində yaşayan gəmiricilərlə təmasdan sonra və dişləndikdə mümkün ola bilər. Meymunçiçəyi virusu insanlara daha çox heyvanlardan keçən bir xəstəlikdir. Əlavə olaraq, daşıyıcı heyvanın qanından, bədən mayesindən, dərisində olan qabarcıqlar və qızarıqlardan yoluxmaq mümkündür. Meymunçiçəyi dəridə yaralar və qızdırma ilə özünü göstərir. Yoluxmuş heyvanın yaxşı hazırlanmamış ətini istehlak etmək də yoluxma riskini artırır. 

Təbii ki, insandan-insana keçmə halları nadir deyil:

- Yoluxmuş şəxsin paltarından, yataq dəstindən və ya istifadə etdiyi dəsmaldan;

- Dəridə olan sızanaqlar, qabarcıqlar və qızarıqlarla təmas etdikdə (cinsi əlaqə zamanı);

- Yoluxmuş şəxslə yaxın məsafədə ünsiyyət zamanı (hava-damcı yolu ilə).

Nə qədər təhlükəlidir?

Əksər yoluxmalar mülayim formada olur, bəzən su çiçəyi xəstəliyinə bənzəyir və bir neçə həftə ərzində öz-özünə yox olur.

Meymunçiçəyi bəzən daha kəskin keçə bilər. Hətta onun Qərbi Afrikada ölümlərə səbəb olduğu qeyd edilir.

Meymunçiçəyi ölümcüldür? 
Normalda yoluxmuş insanlar müalicəsiz də sağalırlar. Buna baxmayaraq, virusun ağır ştamları ilə yoluxduqda 5% hallarda ölüm halları baş verə bilər. Statistikaya əsasən, virusun yüngül formaları yalnız 1% ehtimalla ölümcüldür.

Necə qoruna bilərik?

Meymunçiçəyi virusuna yoluxmanın qarşısını almaq üçün bir sıra tədbirlər görülə bilər:

- Əlamətlər müşahidə etdiyiniz şəxslərlə və virus daşıya bilən heyvanlarla təmasdan çəkinin;

- Əllərinizin gigiyenasına xüsusi önəm verin;

- Xəstələrlə təmasda olarkən fərdi qoruyucu vasitələrindən istifadə edin.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://lent.az
archiveBu xəbər 21 Yanvar 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri