Icma.az
close
up
RU
Meymunçiçəyi virusu nədir?

Meymunçiçəyi virusu nədir?

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Azərbaycan meymunçiçəyinə yoluxma halı aşkarlanıb. 22 yaşlı Azərbaycan vətəndaşı 02-11 yanvar 2025-ci il tarixlərində xarici ölkəyə turistik səfər edib və oradan döndükdən bir-neçə gün sonra halsızlıq, hərarət, genital nahiyədə suluqlu səpgilər, limfa düyünlərinin böyüməsi və əzələ ağrıları ilə Bakıda fəaliyyət göstərən klinikalardan birinə müraciət edib. Həkim-infeksionist xəstənin simptomlarına görə meymunçiçəyi virusuna yoluxmadan şübhələnib və xəstədən anamnez toplanması nəticəsində onun, digər ölkəyə səfəri və səfər zamanı səpgili şəxslə əlaqəsinin olduğunu müəyyən edib.

Simptomlarla yanaşı epidemioloji əlaqənin olması laborator müayinə üçün test götürməyə əsas verib və xəstənin səpgilərindən götürülmüş yaxmanın laboratoriyada PZR üsulu ilə müayinəsinin nəticəsi meymunçiçəyi virusuna görə müsbət olub.

Bəs ölkəmizdə ilk yoluxma halı aşkarlanan meymunçiçəyi virusu nədir?

News24.az Trend-ə istinadən bildirir ki, meymunçiçəyi - virus etiologiyalı, təbii çiçək xəstəliyinə bənzər simptomları olan, lakin daha az şiddətli və daha yüngül gedişatlı zoonoz (heyvandan insana yoluxan) xəstəlikdir. Meymunçiçəyi adətən Mərkəzi və Qərbi Afrikada, əsasən, tropik meşələrin yaxınlığında olan ərazilərdə endemikdir.

İnsanda ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikasında (KDR) 9 yaşlı uşaqda qeydə alınıb. Bu günə qədər olan alovlanmalar KDR, Nigeriyada və 2003-cü ildə ilk dəfə Afrikadan kənarda ABŞ-də (70 yoluxma halı) müşahidə olunub. 2022-ci ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəlik üçün endemik sayılmayan 4 regionunda meymunçiçəyinə yoluxma halları haqqında məlumatlar təqdim edilib. Yoluxma hallarının əksəriyyətinin anamnestik məlumatlarında endemik ölkələrə səyahət tarixçəsi qeyd olunmayıb.

Xəstəliyə yoluxan insanda hərarət, güclü baş ağrısı, limfadenopatiya (şişmiş limfa düyünləri), kürək və bel ağrısı, mialgiya (şiddətli əzələ ağrıları), ağır asteniya (yorulma, halsızlıq), hərarət başlayandan 1-5 gün müddətində səpkilərin yaranması kimi əlamətlər özünü büruzə verir.

Meymunçiçəyi heyvandan insana və insandan insana ötürülə bilir. Yoluxmuş heyvanın qanı, bədən mayeləri, dəri və ya selikli qişaları ilə birbaşa təmas və ya yoluxmuş heyvanın tam bişməmiş əti ilə qidalanma vasitəsilə heyvandan insana yoluxma halları baş verə bilər. İnsandan insana yoluxma halları isə dəri səpkilərinin möhtəviyyatı (irin, qan) və ya qabıqları, hava-damcı yolu ilə uzunmüddətli və yaxın şəxsi təmas, xəstənin yataq dəsti, dəsmalı, paltarı və istifadə edilmiş digər əşyaları, cinsi əlaqə, dəri və selikli qişalar, doğuş zamanı və ya doğuşdan sonra anadan dölə yaxın təmas vasitəsilə baş verə bilər.

Xəstəliyin profilaktikası məqsədilə 18 yaşdan yuxarı şəxslər üçün iki dozalı peyvənd (vaksinasiya təmasdan sonrakı şəxslərə də 4 gün ərzində aparıla bilər) tətbiq olunur. Yoluxma halı təsdiqlənmiş və ya şübhəli hesab edilən şəxslərin təmas və hava-damcı izolyasiyasına alınması, simptomlu şəxs və onun əşyaları ilə təmasdan sonra əllərin yuyulması və dezinfeksiyası vacibdir.

Xəstəliyin inkubasiya dövrü 5-21 gün arasında dəyişə bilər. Xəstəlik adətən 2-4 həftə davam edir. Başlanğıc dövründə qeyd edilən kataral əlamətlər (hərarət, şiddətli başağrı, limfa düyünlərinin böyüməsi) sonradan səpgi dövrünə keçir. Səpgilər eyni inkişaf mərhələsində olmaqla bütün bədəni əhatə edir. Bir neçə gün davam edən səpgi eyni vaxtda qartmaq əmələ gətirməklə, yerində çapıq toxumasının əmələ gəlməsi ilə sağalır.

İnfeksiya insandan insana uzunmüddətli sıx təmas nəticəsində tamlığı pozulan dəri və selikli qişalar vasitəsilə ötürülür.

Xəstəliyə xas olan kliniki əlamətlər əmələ gəlməyənə qədər xəstə və ya onunla təmasda olan şəxslər yoluxucu hesab edilmir.

Xəstəlik adətən özünüməhdudlaşdıran xüsusiyyətə malikdir, yəni ağırlaşmayan hallar heç bir müalicə olmadan sağalır. Əksər xəstələrdə meymunçiçəyi yüngül formada keçdiyi üçün, simptomatik müalicə kifayət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://news24.az
archiveBu xəbər 18 Yanvar 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see682

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see373

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see237

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see212

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see187

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see185

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see185

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see181

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see181

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see178

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see176

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see175

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see171

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see171

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see170

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see166

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see166

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see164

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri