Icma.az
close
up
RU
Meyvə bağlarına dəyən zərərə görə rekord məbləğdə aqrar sığorta ödənişi həyata keçirilib

Meyvə bağlarına dəyən zərərə görə rekord məbləğdə aqrar sığorta ödənişi həyata keçirilib

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində meyvə bağları və digər əkinlər üzrə böyük məbləğdə ödənişlər həyata keçirilib.

Aqrar Sığorta Fondundan bildirilib ki, ödənişlər Ağstafa və Samux rayonlarında yerləşən və müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.

Bununla əlaqədar olaraq Fond sözügedən rayonlarda təbiət hadisələrindən zərər çəkən fermerlərə sığorta ödənişi ilə bağlı tədbir təşkil edib.

Məsul şəxslər fondun Şəmkir və Goranboy filialları, Samux rayon icra hakimiyyətinin rəhbər şəxslərinin və DAİM rəhbərlərinin iştirak etdiyi görüşlərdə aqrar sığorta haqqında geniş məlumat verib, təbiət hadisələrindən zərər çəkmiş fermerlərə ödənişlər təqdim ediblər.

Qeyd olunub ki, 2024-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərər dəyib, əkinləri su basıb. Bu hadisələr nəticəsində ən çox zərər görən təsərrüfatların bir neçəsi Ağstafa və Samuxdadır.

Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri regionda iqlim şəraitinin mürəkkəb olduğunu xatırladaraq bildiriblər ki, bu vəziyyət tez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur və təsərrüfatlara zərər dəyməsi ilə nəticələnir. Onlar fermerləri belə hadisələrdən qorumaq üçün dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıblar.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri İmran Cümşüdov deyib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı və həyata keçirilən sığorta ödənişləri sürətlə artır.

“Aqrar Sığorta Fondu bu ilin ilk 9 ayında fermerlərə 3,8 milyon manat sığorta ödənişi həyata keçirib, ilin sonunadək bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 10 milyondan artıq sığorta ödənişi edilib”,- deyə o əlavə edib.

Görüşdə aqrar sığortanın subsidiyalaşdırılması, yəni sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlətin ödədiyi vurğulanıb. Sonra təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub.

Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən “Kur Fruit Company” MMC şirkətinin gilas, alma, armud və şaftalı bağlarına fırtına nəticəsində böyük zərər dəyib. Fond tərəfindən təsərrüfata baxış keçirilməsi üçün ezam edilən ekspertlər hadisəni araşdırıb, zərəri qiymətləndirib, nəticədə meyvə bağlarına dəymiş zərər üzrə rekord məbləğdə 214 min 170 manat ödəniş həyata keçirilib.

Samux rayonunun Qarabağlı kəndində yerləşən qarpız, günəbaxan və arpa sahələri isə subasmadan zərər çəkib. Hadisənin araşdırılmasından sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata qarpız sahəsi üzrə 94 min 500 manat, arpa sahəsi üzrə 24 min 500 manat, günəbaxan sahəsi üzrə isə 39 min 600 manat zərər hesablanaraq fermerlərə ödənilib. Qarpız və günəbaxan üzrə ödənişlər indiyədək bu bitkilər üzrə ən yüksək sığorta məbləğləridir. Rayonun Qarayeri kəndində isə gilas, şaftalı, gavalı bağları bu ilin may ayında fırtına hadisəsindən ciddi zərər görüb. Bu hadisə nəticəsində meyvə bağına dəyən zərərlər üzrə 25 min 049 manat aqrar sığorta ödənişi edilib.

Təsərrüfat rəhbərləri və fermerlər sığorta ödənişinin onlara böyük dəstək olduğunu, aqrar sığorta mexanizminin işindən olduqca razı qaldıqlarını diqqətə çatdırıblar.

Fermerlərin qaldırdığı suallar cavablandırılıb, onlara ətraflı izahat verilib.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az  rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər, həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Noyabr 2024 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri