Icma.az
close
up
RU
Meyvə bağlarına dəyən zərərə görə rekord məbləğdə aqrar sığorta ödənişi həyata keçirilib AZƏRTAC

Meyvə bağlarına dəyən zərərə görə rekord məbləğdə aqrar sığorta ödənişi həyata keçirilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 noyabr, AZƏRTAC

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığorta çərçivəsində meyvə bağları və digər əkinlər üzrə böyük məbləğdə ödənişlər həyata keçirilib.

Aqrar Sığorta Fondundan AZƏRTAC-a bildirilib ki, ödənişlər Ağstafa və Samux rayonlarında yerləşən və müxtəlif hadisələr nəticəsində zərər çəkən fermer və təsərrüfatlara edilib.

Bununla əlaqədar olaraq Fond sözügedən rayonlarda təbiət hadisələrindən zərər çəkən fermerlərə sığorta ödənişi ilə bağlı tədbir təşkil edib.

Məsul şəxslər fondun Şəmkir və Goranboy filialları, Samux rayon icra hakimiyyətinin rəhbər şəxslərinin və DAİM rəhbərlərinin iştirak etdiyi görüşlərdə aqrar sığorta haqqında geniş məlumat verib, təbiət hadisələrindən zərər çəkmiş fermerlərə ödənişlər təqdim ediblər.

Qeyd olunub ki, 2024-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti və çoxsaylı təbiət hadisələri nəticəsində ölkənin əksər bölgələrində təsərrüfatlara və əkin sahələrinə böyük zərər dəyib, əkinləri su basıb. Bu hadisələr nəticəsində ən çox zərər görən təsərrüfatların bir neçəsi Ağstafa və Samuxdadır.

Samux Rayon İcra Hakimiyyətinin nümayəndələri regionda iqlim şəraitinin mürəkkəb olduğunu xatırladaraq bildiriblər ki, bu vəziyyət tez-tez təbiət hadisələrinin baş verməsinə səbəb olur və təsərrüfatlara zərər dəyməsi ilə nəticələnir. Onlar fermerləri belə hadisələrdən qorumaq üçün dövlətin dəstəyi ilə sərfəli şərtlərlə təqdim edilən aqrar sığortadan faydalanmağa çağırıblar.

Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə heyəti sədrinin müşaviri İmran Cümşüdov deyib ki, aqrar sığortadan faydalanan fermerlərin sayı və həyata keçirilən sığorta ödənişləri sürətlə artır.

“Aqrar Sığorta Fondu bu ilin ilk 9 ayında fermerlərə 3,8 milyon manat sığorta ödənişi həyata keçirib, ilin sonunadək bu məbləğin 6 milyon manatı keçəcəyi gözlənilir. Ümumilikdə isə indiyədək Aqrar Sığorta Fondu tərəfindən fermerlərə 10 milyondan artıq sığorta ödənişi edilib”,- deyə o əlavə edib.

Görüşdə aqrar sığortanın subsidiyalaşdırılması, yəni sığorta haqqının 50 faizini fermerə dəstək üçün dövlətin ödədiyi vurğulanıb. Sonra təbiət hadisələrindən zərər çəkmiş fermerlərə sığorta ödənişləri təqdim olunub.

Ağstafa rayonunun Poylu qəsəbəsində yerləşən “Kur Fruit Company” MMC şirkətinin gilas, alma, armud və şaftalı bağlarına fırtına nəticəsində böyük zərər dəyib. Fond tərəfindən təsərrüfata baxış keçirilməsi üçün ezam edilən ekspertlər hadisəni araşdırıb, zərəri qiymətləndirib, nəticədə meyvə bağlarına dəymiş zərər üzrə rekord məbləğdə 214 min 170 manat ödəniş həyata keçirilib.

Samux rayonunun Qarabağlı kəndində yerləşən qarpız, günəbaxan və arpa sahələri isə subasmadan zərər çəkib. Hadisənin araşdırılmasından sonra Aqrar Sığorta Fondu tərəfindən təsərrüfata qarpız sahəsi üzrə 94 min 500 manat, arpa sahəsi üzrə 24 min 500 manat, günəbaxan sahəsi üzrə isə 39 min 600 manat zərər hesablanaraq fermerlərə ödənilib. Qarpız və günəbaxan üzrə ödənişlər indiyədək bu bitkilər üzrə ən yüksək sığorta məbləğləridir. Rayonun Qarayeri kəndində isə gilas, şaftalı, gavalı bağları bu ilin may ayında fırtına hadisəsindən ciddi zərər görüb. Bu hadisə nəticəsində meyvə bağına dəyən zərərlər üzrə 25 min 049 manat aqrar sığorta ödənişi edilib.

Təsərrüfat rəhbərləri və fermerlər sığorta ödənişinin onlara böyük dəstək olduğunu, aqrar sığorta mexanizminin işindən olduqca razı qaldıqlarını diqqətə çatdırıblar.

Fermerlərin qaldırdığı suallar cavablandırılıb, onlara ətraflı izahat verilib.

Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun www.asf.gov.az  rəsmi internet səhifəsindən və səhifədəki “Bitkiçilik sığortası kalkulyatoru” vasitəsilə əldə etmək mümkündür. Fermerlər, həmçinin Fondun 1651 Çağrı Mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see297

Daha bir YANĞIN: ölən və xəsarət alanlar var

05 Dekabr 2025 10:59see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see194

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see193

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see187

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see181

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see181

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see177

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see160

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see157

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see151

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see141

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see138

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see131

Bakının mərkəzində bu küçəni su basdı VİDEO

05 Dekabr 2025 09:46see131

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see128

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see126

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see126

Lökbatanda güclü yanğın, 4 nəfər öldü

05 Dekabr 2025 08:00see123

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri