Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

Maskın raketi suya düşərək partladı Video

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Meyvələrin əvvəlki dadı niyə itib? ŞOK səbəblər

Meyvələrin əvvəlki dadı niyə itib? ŞOK səbəblər

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Bazarlarda piştaxtalar rəngbərəng, meyvələrin görünüşü isə cəlbedicidir. Amma bir çox alıcı eyni sualı verir: niyə bu qədər gözoxşayan meyvələrin dadı yoxdur?

Qida eksperti İlkin Şirinov Redaktor.az-a bildirdi ki, meyvələrin dadsız olmasının əsas səbəbi məhsuldarlığın keyfiyyəti üstələməsidir:

"Hazırda istehsalda əsas diqqət məhsulun çox olmasına yönəlir. Dad, təbii aroma və keyfiyyət isə ikinci plana keçir. Buna görə də görünüşcə ideal olan meyvələrin bir çoxunda əvvəlki dad qalmır. Yəni məhsuldarlıq və daha çox qazanc əldə etmək istəyi dad və keyfiyyəti qabaqlayır. Çünki bu gün fermerlər belə düşünürlər: nə qədər çox qazanc əldə etsələr, bu onlar üçün bir o qədər sərfəli və maraqlı olar. Daha çox gəlir əldə etmək əsas məqsədə çevrilib. Bununla yanaşı, kimyəvi gübrələrin həddindən artıq istifadəsi, hibrid məhsulların yetişdirilməsi də vəziyyətə təsir edir. Halbuki meyvə-tərəvəz və giləmeyvə öz mövsümündə həm sağlamlıq üçün daha faydalı, həm də daha keyfiyyətli olur. Ən əsas problemlərdən biri də məhsulların vaxtından əvvəl, tam yetişmədən bazarlara və marketlərə çıxarılmasıdır. Bu gün fermerlər üçün məhsulun rəngi və iriliyi əsas meyara çevrilib. Dad və tam yetişmə məsələsi isə arxa plana keçir".

Müsahibimiz qeyd etdi ki, məhsullar bəzən daşınma zamanı, sanki yolda yetişir:

"Çünki burada əsas məqsəd onların xarab olmaması və zərər görməməsidir. Bunun üçün məhsullar uzun müddət soyuducu anbarlarda saxlanılır ki, təravətini qorusun. Amma dad məsələsi burada da prioritet olmur. Əsas məqsəd məhsulun bazarlara və marketlərə çatdırılıb satılmasıdır. Bu gün çiyələyə, pomidora, xiyara, alçaya baxsaq görərik ki, istixana şəraitində yetişdirilən məhsulların nə ətri var, nə dadı. Halbuki hər meyvə və tərəvəzin özünəməxsus qoxusu və dadı olmalıdır. Bunlar olmadığı halda təbii ki, ağız dadı da arxa plana keçir. Daha çox qazanc əldə etmək üçün fermerlər və kənd təsərrüfatında çalışan insanlar müxtəlif gübrələrdən istifadə edirlər. Ən ciddi problemlərdən biri də odur ki, bu gübrələrin istifadəsi çox vaxt peşəkar olmayan insanların əlində olur. Heç bir mütəxəssis rəyi olmadan, mütəxəssis cəlb edilmədən təsərrüfat idarə olunur. Çünki mütəxəssis müəyyən məvacib qarşılığında işləyəcək və təbii olaraq əməyinin haqqını tələb edəcək. Amma bəzi təsərrüfat sahibləri kənd təsərrüfatından anlayışı olmayan adi işçilərə gübrələrin verilməsini tapşırırlar. Nəticədə isə məhsulun görünüşü olur, iriliyi olur, amma nə dadı, nə də təbii keyfiyyəti olur".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 May 2026 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see223

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see195

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Avropa Komissiyası Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını məcburi azaltmağa çağırıb

27 Sentyabr 2026 23:34see154

Tbilisidəki matçdan əvvəl qalmaqal: Azərbaycanlı hakim hədəfdədir

28 Sentyabr 2026 02:29see153

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

28 Sentyabr 2026 03:28see152

İraq ABŞ dən İranla uçuşlara icazə verməsini istəyir

28 Sentyabr 2026 02:24see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri