Bazarlarda meyvələrin qiymətləri niyə bahadır? İLGİNC SƏBƏBLƏR KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Son günlər meyvə bazarlarında bolluq müşahidə olunsa da, qiymətlərin yüksək qalması alıcıların diqqətindən yayınmayıb. Ekspert bunu əsasən havaların mövsümə uyğun keçməməsi ilə izah edir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a bildirib ki, temperaturun normadan aşağı olması meyvə və tərəvəzlərin vaxtında yetişməsinə mane olur.
Akif Nəsirli
Onun sözlərinə görə, əslində bazara tələbata cavab verəcək qədər məhsul çıxmır:
“Məsələn, pomidorun açıq sahədə vaxtında və sürətli yetişməsi üçün ən azı 30 dərəcə temperatur tələb olunur. Hazırda isə temperatur 25 dərəcəyə yaxın olduğundan, məhsul yavaş yetişir və bazara kütləvi şəkildə çıxmır”.
Ekspert əlavə edib ki, bəzi meyvələr bazarda görünsə də, onların tam yetişmədiyi müşahidə edilir:
“Əriklər bazardadır, amma yetişmədiyi üçün keyfiyyət aşağıdır. Kütləvi yetişmə və təklif olmadığından, qiymətlər mövsümə uyğun hələ ucuzlaşmayıb. Görünən odur ki, tələb təklifi üstələyir”.
Akif Nəsirlinin fikrincə, məhsul bolluğunun əsas şərtlərindən biri olan yüksək hava temperaturu bu il müşahidə edilmir. Bu da bazarda qıtlıq ilə nəticələnir.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 08 İyul 2025 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















