Icma.az
close
up
RU
Məzahir Məmmədlidən AzMİU ya tənqid: Universitetdə nə dəyişib?”

Məzahir Məmmədlidən AzMİU ya tənqid: Universitetdə nə dəyişib?”

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Azərbaycanda universitetlər Dövlət İmtahan Mərkəzinin nəticələrindən asılı olaraq oturub gözləyirlər ki, hansı abituriyentləri biz seçəcəyik. Ancaq fərqli düşünən rektorlar da var. Məsələn, artıq blok imtahanlarının başlanması ərəfəsində bir neçə rektor var ki, onlar həmişə bu məsələdə kifayət qədər fəal olurlar. Nəticələrə görə, məsələn, hər il ən yüksək nəticə göstərənlər və prezident təqaüdçüsü olan abituriyentlər məhz Bakı Ali Neft Məktəbində olur. Çünki rektor özü hər bir şeylə maraqlanır. Bir sözlə, universitetin reytinqini qaldırmaq üçün addımlar atır".

Redaktor.az xəbər verir ki, bunu "Baku TV"də yayımlanan "Hansı ixtisas?" verlişində təhsil eksperti Məzahir Məmmədli deyib.

"Məsələn, Qarabağ Universiteti, rektoru və onun xüsusi piar komandası çox böyük işlər aparırlar və artıq bu istiqamətdə paylaşımlarından görünür ki, ən yüksək ballı abituriyentlər məhz Qarabağ Universitetini seçirlər. Deyək ki, bu gün Azərbaycanda pedaqoji kadrlar hazırlayan nə qədər universitet var, amma inşaat mühəndisləri hazırlayan cəmi bir universitet var. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru 1999-cu ildən bu universitetə rəhbərlik edir (Gülçöhrə Məmmədovanı nəzərdə tutur - red.). Nə dəyişib və bundan sonra nə dəyişəcək? Sadəcə oturub gözləyəcək ki, görüm inşaat mühəndisi olmaq istəyən kimləri mən götürüm. Çevik idarəetmə, yenilik olmayanda, əlbəttə ki, artıq ora tələbə üçün də maraqsızdır.

Ona görə də bir təbliğat getməlidir. Niyə, məsələn, bu gün 670-dən üzərində bal toplayan şəxs artıq düşünür ki, mən Qarabağ Universitetindəki tibb fakültəsini seçəcəyəm? Və yaxud da 600-ün, 650-nin üzərində bal toplayan III qrupdan olan şəxs deyir ki, mən hüquqşünaslığı mütləq Qarabağda oxuyacağam. Abituriyentlərə çatdırılmalıdır ki, mən sizə bu təminatı verirəm, mən sizə bu təqaüdü verirəm, mən sizin oxumağınız üçün bu laboratoriyaları qurmuşam, bu şəraiti yaratmışam. Rektor əgər çıxıb bunu ürəklə deyə bilirsə, gedişat uğurlu olur", - deyə o vurğulayıb.

M.Məmmədli qeyd edib ki, bu yaxınlarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin həm bakalavrlar, həm də magistrlər üçün PR sənədlərini görüb:

"Bunu həm media üçün yaydılar, həm də sosial şəbəkələr üzərindən. İnandırım sizi ki, mən hələ bilmirdim ki, belə ixtisaslar, belə imkanlar var. Mənim üçün də yenilik oldu. Deməli, abituriyent üçün bu, ikiqat yenilikdir. Ona görə də, məsələn, bu PR kampaniyasına nə qədər ki, universitetlər özləri qoşulmayıblar, onlar oturub sadəcə olaraq gözləyəcəklər ki, nə olacaq.

Məsələn, Bakı Biznes Universiteti 30 ildir mövcuddur, amma kim bilir, heç orada hansı fakültələr var? Bəzi hallarda rektorlar yaşlı və cavan rektorlara ayrılır. Amma bu belə deyil. Çünki Lənkəran Dövlət Universitetində böyük bir kampaniya gedir. Rektorun yaşı 60-ın üzərindədir, amma kifayət qədər çevik idarəetmə, iş strukturu qurub. Yaxud da Sumqayıt Dövlət Universitetinə yeni rektor təyin olunub. Yaşı 70-in üzərindədir, amma gördüyü işlər, abituriyentləri qəbul etməsi, onlarla iş aparması təqdirəlayiqdir.

Universitetlər var ki, tarixi yaşı 100-ə çatan, 100-ü ötənlər olur. Amma onların heç birində Lənkəran Dövlət Universitetində olan laboratoriyalar, yeni laboratoriyalar, yeni tikilmiş yataqxanadakı şərait yoxdur. Bəli, Lənkəran Dövlət Universitetini region tələbələri bir vaxtlar ikinci dərəcəli universitet kimi görürdülər, amma artıq bu gün oranı məmnuniyyətlə seçirlər və orada çox böyük rəqabət yaranıb".

Onun sözlərinə görə, kimlər özlərini təqdim edə bilirlərsə, abituriyentləri qəbul etməyə hazırdırsa, uğurlu olurlar:

"Valideynlər kateqoriyalara bölünüb artıq. Məsələn, hansı babanın, nənənin o nəvəyə təsir gücü mexanizmi varsa, o, sovet stereotipi ilə yanaşır. Məsələn, o deyir ki, mütləq ya həkim olmalıdır, ya hüquqşünas olmalıdır.

Bizdə yerquruluşu, kadastr kimi ixtisaslar var. Heç kim bu ixtisaslara getmir, 150-200 balla gedirlər o ixtisaslara. Yaxud da aqronomluq, zoomühəndislik, zoobaytarlıq. Bunlara biz gözləyirik ki, ən axırda boş qalan yerlərə və yaxud da 150-200 ballıq abituriyentlər ora gedəcəklər. Amma bunlar gələcək üçün vacib olan ixtisaslardır".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 İyul 2026 16:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri