Icma.az
close
up
RU
Məzhəbçilik və Manipulyasiya: İran və İsrailin Şərqdəki gizli oyunu nəyə hesablanıb?

Məzhəbçilik və Manipulyasiya: İran və İsrailin Şərqdəki gizli oyunu nəyə hesablanıb?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya Tramp hakimiyyəti ilə razılığa gəlsə, İranı da Əsəd kimi güdaza verəcək. Çünki İranın real və prinsipial tərəfdaşı, müttəfiqi yoxdur. İran Qərb dairələri tərəfindən yalnız türk və müsəlman ölkələri üçün problem yaratmaq amalı ilə yaradılan dövlətdir".

Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Tural İrfan edib.

Onun sözlərinə görə, İranın İsrail ilə çəkişməsi Suriyanı yenidən "Suriyaya çevirmək"dədir. Artıq İsrail fürsətdən istifadə edərək Dəməşqə doğru Colan təpələri istiqamətdən 20 km irəliləyib:

“İran da İraqın Süleymaniyyə şəhərində PKK və PYD terrorçuları ilə danışıq apararaq Türkiyə güclərini vurmaq üçün onlara ilkin mərhələdə 1500 PUA verməyi planlanlayıb. İsrail PKK, PYD, YPG birlikləri üçün "Suriya demokratik qüvvələri" adı altında muxtar bölgə əldə etmək istəyir ki, bununla Türkiyənin başına ömürlük bəla ola bilsin. Eyni zamanda, İsrailin məqsədi Suriyanın bütövlüyü baş tutmasın, güclənməsin və nəticədə xaotik, qeyri- sabit və zəifləmiş Suriyanın ərazilərinə hissə - hissə sahib olsun. Qonşu ərəb ölkələrinin ərazilərini o yerə kimi tutsun ki, növbə Türkiyəyə gəlsin və "vəd edilmiş torpaqlar" arzusunu reallaşdırsın. Təbii ki, İran da İsrail kimi  buna çalışır. Qərb dövlətləri, hətta NATO üzvlərinin də iştirakı ilə toplaşıb Suriyanın taleyini müzakirə edərkən Türkiyənin orada olmaması qara niyyətlərdən xəbər verir. Suriyada İranın əli ilə Türkiyəyə tələ qurmaq istəyirlər. İranı PKK-a silah verməyə həvəsləndirib Türkiyə ilə gərgin qarşıdurmaya gətirməyə çalışırlar ki, hər ikisinin başı bir - birinə qarışsın. İran da bu fitvaya gedir”.

Siyasi şərhçi diqqətə çatdırıb ki, Səddam Hüseyn İraqı vaxtilə neft sənayesini inikaf etdirib bölgənin ən varlı ölkəsinə çevrilmişdi. Səddamın İsrailə qarşı barışmaz mövqeyi Qərbi bərk narahat edirdi:

“Bu səbəbdən  Fransanın vasitəsilə İranda hazırki rejim quruldu. Məqsəd də ondan ibarət oldu ki, ərəb və müsəlman ölkələrə hər vəchlə mane olmaq, birləşməyə imkan verməmək və mümkün qədər məzhəbçiliyi qabardıb onları zəiflətmək, inkişafa mane olmaq. Nəticədə İraqla İranı müharibəyə sövq etdilər. İranın bu gün "sionist" deyib lənət oxuduğu İsrail o zaman İrana 3 milyard dollar həcmində silah, sursat, hərbi texnika, təyyarə hissələri satdı... Beləliklə, 8 ildə 1 milyon müsəlman öldü və hər iki dövlətin dizi yerə gəldi.İsrailə güclənmək üçün real yox, İran kimi formal düşmən lazım idi. Səddam real düşmən idi. Ona görə real düşmən obrazını formal düşmən obrazı ilə əvəzləmək lazım idi. İsrailə bu ona görə lazım idi ki, İranın "təhlükəsini" əsas gətirərək silahlansın, güclənsin və İranın təhrik etdiyi proksi qüvvələrin xırda təxribatlarını bəhanə edərək qonşu ərəb ölkələrinin torpaqlarını xırda - xırda “həzm etsin”. İsrail buna nail oldu. Beləliklə real təhlükə olan Səddam Hüseyni sıradan çıxarıb formal düşmən olan İranı saxladılar. 2001-ci ildə Amerikaya təyyarə hücumu təşkil ediləndə Buş hakimiyyəti xeyli İrana yaxud İraqa girmək barədə tərəddüd edirdi. Hətta ilkin məlumatlarda mediada yayıldı ki, guya hücumu Hizbullah həyata keçirib, hətta uçuş sınağını da bir qədər əvvəl Livandakı bir binanın üzərində tətbiq edib. Buş administrasiyası ilə İsrailin danışıqları nəticəsində hədəf Hizbullah yox, Əl Qaidə göstərildi və Əfqanıstan, sonra da İraq işğal edildi. İranın o dövrki prezidenti Xatəmi və sonralar Əhmədinejad yüksək tribunalardan ABŞ-a səslənərək Əfqanıstanda və İraqda onlara dəstək verdiklərini üzlərinə vurmuşdu. İraq real təhlükə olduğu üçün bu ölkəni öncə işğal etdilər. Lakin İran onların məqsədləri üçün faydalı olduğuna görə, əksinə İraqda  İrana imkan da yaratdılar”.

“İranın ərəb ölkələrindəki qüvvələri dolayı yolla İsrailə xidmət edir. Son savaşlarda 50 min fələstinli öldürülüb, ancaq bir İran əsgərinin burnu qanamayıb. Yaxud İranın İsrail çöllərinə atdığı "raketlər"dən burnu qanayan olmayıb. Türkiyə isə real olaraq Suriyada  sülh və sabitliyə nail olmağa çalışır. Məzhəbçilik, separatizm  və ən əsas terrora son qoymaq istəyir”,- deyə Tural İrfan şərh edib.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri