Icma.az
close
up
RU
Məzlum Abdi Suriya hökuməti ilə razılaşdı SDQ ləğv olunur, torpaqlar qaytarılır

Məzlum Abdi Suriya hökuməti ilə razılaşdı SDQ ləğv olunur, torpaqlar qaytarılır

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriya kürdləri Suriyanın yeni hakimiyyətinin nəzarətində olan qüvvələrin tərkibinə daxil olublar.
 Suriya Demokratik Qüvvələri (SDQ) Suriyanın yeni hökuməti dövründə təhlükəsizlik qüvvələrinə qoşulmaq üçün müqavilə imzalayıblar.
Bu barədə məlumat Suriyanın keçid dövrü üzrə Prezidenti Əhməd əl-Şaraanın administrasiyasının "Teleqram" kanalında yerləşdirilib.
Sənəd Əl Şaraa ilə SDF komandiri Məzlum Abdi arasında keçirilən görüşdə imzalanıb.
Razılaşmanın mətni həmin "Teleqram" səhifəsində dərc edilib. Razılaşmaya əsasən “Suriyanın şimal-şərqində yerləşən bütün mülki və hərbi obyektlər dövlət idarəçiliyi sisteminə inteqrasiya olunacaq”. 
TASS agentliyinin məlumatına görə, söhbət həm də həmin ərazilərdə yerləşən (illər boyunca hökumətin nəzarətindən çıxmış olan) bütün nəzarət-buraxılış məntəqələrindən, eləcə də oradakı hava limanından, qaz və neft yataqlarından gedir. 
Dəməşq və SDQ arasında razılaşma “Bütün Suriya ərazisində atəşkəs” və kürd əhalisinə “Konstitusiyada nəzərdə tutulan bütün hüquqlar, o cümlədən vətəndaşlıq hüququ” təmin edilməsini nəzərdə tutur.
Kürdlər isə öz növbəsində Suriyanın yeni hakimiyyət orqanlarına “Bəşər Əsəd tərəfdarlarına və Suriyanın təhlükəsizliyini və birliyini təhdid edən digər amillərə qarşı apardıqları mübarizədə” dəstək verəcəklərini vəd edirlər.
Müqavilə "bu ilin sonuna qədər" həyata keçirilməlidir.
"Syria TV" xəbər verir ki, Suriya keçid hökuməti ilə ABŞ-ın dəstəklədiyi SDQ arasında saziş Ərəb Respublikasında yerləşən ABŞ hərbi birləşmələrinin komandirlərinin Trampın ABŞ qoşunlarını ölkədən çıxarmaq niyyətinə işarə etməsindən sonra imzalanıb.
Kanal qeyd edir ki, məhz ABŞ SDQ komandiri Məzlum Abdini Dəməşqin yeni hakimiyyətləri ilə razılığa gəlməyə məcbur edib.
SDQ respublika ərazisinin 25%-nə, o cümlədən Rakka və Həsəkə əyalətlərinin əksəriyyətinə, həmçinin neft yataqlarının yerləşdiyi Deyr əz-Zor əyalətinin şimal-şərqinə nəzarət edirlər.
2015-ci ildən bəri ABŞ kürdlərin nəzarətində olan ərazilərdə ən azı doqquz hərbi baza yaradıb. Yanvarın 6-da Türkiyənin “Hürriyyət” qəzeti xəbər vermişdi ki, Suriyanın yeni hakimiyyət orqanları kürd qüvvələrinin silahlarını yerə qoymasını tələb edib. Yanvarın 22-də Suriyanın keçid hökumətinin müdafiə naziri Murhaf Əbu Qəsrə bildirmişdi ki, kürdlər ölkənin gələcək silahlı qüvvələrinin tərkibinə daxil ola bilərlər.
Hürr Tərcüman

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Mart 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2091

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see316

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see243

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see243

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see188

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see171

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see154

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see142

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see141

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see139

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see139

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see133

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see130

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see129

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see128

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see122

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri