Icma.az
close
up
RU
Yeni şirkət idxalın əvəzlənməsinə xidmət edəcək

Yeni şirkət idxalın əvəzlənməsinə xidmət edəcək

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Ölkədə sayca üçüncü KOB klaster şirkəti – “Healthtech Solutions KOB Klaster Şirkəti” MMC yaradılıb. “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə şirkət arasında görüş keçirilib və şirkətə vergi güzəştlərini nəzərdə tutan KOB klaster şəhadətnaməsi təqdim olunub.

Bakı şəhərində fəaliyyət göstərəcək müəssisə laboratoriyalarda istifadə olunan test kitləri və tibbi təyinatlı plastik qablaşdırma məhsulları istehsal edəcək. Layihəyə ilkin mərhələdə 5 milyon manat olmaqla, ümumilikdə 8 milyon manat həcmində investisiya yatırılması nəzərdə tutulur. Müəssisədə ilkin mərhələdə 10-a yaxın, ortamüddətli dövrdə isə 50 nəfərin daimi iş yeri ilə təmin olunması planlaşdırılır.

XQ-yə KOB-un ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, artıq 11 KOB subyekti KOB klaster şirkətinin iştirakçısıdır. Bu şirkətlər KOB klaster şirkətinə istehsal prosesinin fasiləsizliyini və effektiv idarə olunmasını təmin edəcək xammal tədarükü, logistika, avadanlıqların təmiri, tikinti-quraşdırma, İT, dizayn və digər istiqamətlərdə xidmətlər göstərəcək.

Qanunvericiliyə əsasən, KOB klaster şirkəti və onun iştirakçıları reyestrə daxil edildiyi tarixdən etibarən 7 il müddətinə mənfəət, torpaq və əmlak vergilərindən, habelə texnoloji avadanlıqların idxalı zamanı ƏDV-dən azad olunmaqla geniş dövlət dəstəyi və vergi güzəştlərindən yararlanacaqlar.

Müəssisənin fəaliyyəti laboratoriya və tibbi sərf materialları üzrə yerli istehsalın inkişafına, bu sahədə idxalın əvəzlənməsinə və ixrac potensialının artırılmasına xidmət edəcək.

Qeyd edək ki, “KOB klaster şirkəti” və “KOB klaster iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum KOBİA-dır. İndiyədək Agentlik tərəfindən iki şirkətə KOB klaster şəhadətnaməsi verilib.

M.MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri