“Məzunların məşğulluq reytinqi” platforması Sinqapurda keçirilən müsabiqədə qalib seçilib
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 22 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin “Məzunların məşğulluq reytinqi” platforması Sinqapurda keçirilən “World Business Outlook Awards” müsabiqəsində yüksək qiymət alıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin platforma müsabiqənin “Məşğulluq Xidmətlərində Ən Yaxşı Texnoloji İnnovasiya” kateqoriyası üzrə qalib seçilib.
Müsabiqədə Dövlət Məşğulluq Agentliyi ilə yanaşı, ABŞ, Braziliya, Çin, Hindistan, Özbəkistan, Qırğızıstan, Yunanıstan və digərləri daxil olmaqla 50-dən çox ölkədən qurumlar iştirak edib.
Həmin mükafat biznes, texnologiya, innovasiya, təhsil, nəqliyyat və digər sahələrdə mühüm töhfələr vermiş təşkilat və fərdlərin nailiyyətlərini təqdir etmək məqsədi daşıyır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 22 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















