DOST RİM Sinqapurda beynəlxalq müsabiqədə 3 kateqoriya üzrə qalib olub AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 13 yanvar, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) “World Business Outlook” platforması tərəfindən Sinqapurda təşkil olunan müsabiqədə 3 kateqoriya üzrə birincilik əldə edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəz “Avropanın ən yaxşı rəqəmsal innovasiyalar mərkəzi - 2024”, “Avropanın aparıcı sosial texnologiyalar provayderi - 2024” və “Ən etibarlı sosial texnologiya xidmətləri provayderi-2024” kateqoriyalarında qalib olub.
Müsabiqəyə müraciət zamanı DOST RİM-in sosial sahə üzrə rəqəmsal xidmətləri, uğurları, həmçinin ölkəmizdə sosial sahədə tətbiq olunan proaktiv həllər barədə məlumatlar təqdim edilib.
Müsabiqədə ölkəmizlə yanaşı, Yaponiya, Çin, Malaziya, İtaliya, Almaniya, Səudiyyə Ərəbistanı, Sinqapur və s. kimi digər ölkələrdən 150-ə yaxın nüfuzlu qurum, o cümlədən bir sıra qlobal şirkətlər təmsil olunub.
Qeyd edək ki, “World Business Outlook” qlobal biznes meyilləri, iqtisadi proqnozlar və bazar gözləntiləri haqqında məlumat verən hesabat və sorğu platformasıdır. Platforma biznes və maliyyə sektorunda müstəsna nailiyyətlərin, əhəmiyyətli töhfələrin tanıdılması üçün illik əsasda müsabiqələr keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 13 Yanvar 2025 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















