DSMF Sinqapurda beynəlxalq müsabiqədə növbəti uğur qazanıb
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) növbəti beynəlxalq uğur qazanıb. Fond “GovInsider” qurumunun (Sinqapur) keçirdiyi “Festival of Innovation Awards 2025” beynəlxalq müsabiqəsinin qaliblərindən biri olub və Xüsusi Qeydli Mükəmməllik Sertifikatı ilə təltif edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, mükafat DSMF-yə 14 ölkədən 700-dən çox nümayəndənin iştirakı ilə Sinqapur şəhərində təşkil olunmuş Beynəlxalq İnnovasiyalar Konfransında təqdim olunub.
Fond həmin mükafata son illər sosial sığorta və sosial təminat sahəsində ölkəmizdə aparılan islahatlar, sosial idarəçilikdə çeviklik və xidmət keyfiyyətinin artırılmasına görə layiq görülüb.
DSMF-nin adı qurumun rəsmi veb-səhifəsindəki qaliblər siyahısına daxil edilib.
Konfransda dövlət sektorunun transformasiyasına dair interaktiv sessiyalar keçirilib, ölkələrin bu istiqamətdə müəyyən etdikləri hədəflər haqqında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Aprel 2025 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















