“Michael 2” nə vaxt çıxır?
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əfsanəvi müğənni Maykl Cekson haqqında çəkilən bioqrafik film “Maykl” böyük uğur qazandığı üçün tezliklə davam filmi sifariş edilib və ikinci hissənin çəkilişlərinin bir qismi artıq baş tutub.
OLAY yazır ki, “Lionsgate Studios” kinobölməsinin rəhbəri Adam Fogelsonun sözlərinə görə, ilk film üçün çəkilmiş, lakin istifadə olunmamış bəzi səhnələr davam filmində yer alacaq.
Fogelson bildirib ki, “Maykl 2” filminin 2027-ci ilin sonunda və ya 2028-ci ilin ilk yarısında kinoteatrlarda nümayişə çıxması planlaşdırılır. Filmin istehsalına isə bu ilin sonunda və ya gələn ilin əvvəlində başlanacaq.
Qeyd edək ki, Filmdə Maykl Cekson obrazını onun qardaşı oğlu Cafar Cekson canlandırır. O, aktyor oyunu ilə bağlı çoxsaylı müsbət rəylər alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 07 Avqust 2026 13:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















