Icma.az
close
up
RU
MİDA mənzilləri tələbatın neçə faizini ödəyəcək? ŞƏRH

MİDA mənzilləri tələbatın neçə faizini ödəyəcək? ŞƏRH

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Hazırda mənzilə tələbat çox böyükdür. Çıxarılan 627 mənzil isə bu tələbatın yalnız müəyyən bir hissəsini ödəyə bilər.
Çünki həm gənc ailələr, həm aztəminatlı ailələr, həm də müxtəlif sahələrdə peşə fəaliyyəti göstərən gənclər mənzilə böyük ehtiyac duyurlar. Ümumilikdə sosial layihələr hazırkı tələbatın təxminən 10–15 faizini ödəmək imkanındadır. Gələcəkdə sosial layihələrin əhatə dairəsinin və şəbəkəsinin genişləndirilməsi isə daim gündəmdədir".
Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Oruc deyib. 
O bildirib ki, istər MİDA, istərsə də İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə həyata keçirilən sosial layihələrin əhatə dairəsinin artırılması, şərtlərin yumşaldılması, ayrılan məbləğlərin yüksəldilməsi və bu hüquqlardan yararlanan təbəqələrin sayının genişləndirilməsi çox vacib məsələlərdir:
"Yəqin ki, bu istiqamətdə gələcəkdə əlavə tədbirlər görüləcək. 627 mənzillə bağlı məsələyə gəlincə, elektron müraciət sistemində texniki problemlərin yaranması və bu problemlərin aradan qaldırılması üçün tədbirlər görülməlidir. Narazılıqların qarşısını almaq üçün elə bir sistem qurulmalıdır ki, vətəndaşlar mənzil növbəsinə rahat şəkildə dura bilsinlər".
Ekspert deyib ki, bir çox vətəndaşlarımız elektron imkanlardan istifadə bacarığına malik deyil:
"Bu səbəbdən prosesə əlavə vasitəçilər cəlb olunur və nəticədə hüquq-mühafizə orqanlarının araşdırmaları ilə müəyyən qanun pozuntuları üzə çıxır. Belə halların təkrarlanmaması üçün sistemə yenidən baxılması, dəyişikliklər edilməsi və 627 mənzilin vətəndaşlar üçün daha əlçatan olması məqsədəuyğundur.
Problem ondan irəli gəlir ki, mənzilə ehtiyacı olanların sayı çox, mənzillərin sayı isə azdır. Buna görə də tikinti sektorunun təşviq edilməsi vacibdir. Daha çox tikinti işlərinin aparılması və tikinti həcminin artırılması, eləcə də sosial layihələrdə şərtlərin yumşaldılması ölkə əhalisinin mənzilə ehtiyacı olan hissəsinin təminatına müsbət təsir göstərəcəkdir".
Qeyd edək ki, MİDA bu ilin dekabr ayında 627 mənzili satışa çıxaracağı barədə açıqlama verib. 
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Oktyabr 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri