Icma.az
close
up
RU
MİDA nın rayonlardakı evləri müzakirə yaratdı: Bahadır, yoxsa?

MİDA nın rayonlardakı evləri müzakirə yaratdı: Bahadır, yoxsa?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzilləri satışa çıxarır. 

Bu barədə MİDA məlumat yayıb. Bildirilib ki, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı 4 sentyabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam edəcəkdir. 

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 4 sentyabr 2026-cı il tarixində saat 12:00-da başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam edəcəkdir. 

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir. 

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir. 

Satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzil olmaqla, ümumilikdə 535 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Lənkəran Yaşayış Kompleksi üzrə 4 otaqlı mənzilin qiyməti – 108 870 manatdır. 

Şirvan Yaşayış Kompleksi üzrə 2 otaqlı mənzillərin qiyməti – 54 815 manat, 3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır, 4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır. Yevlax Yaşayış Kompleksi üzrə 2 otaqlı mənzilin qiyməti – 62 035 manat, 3 otaqlı mənzilin qiyməti – 73 910 manat, 4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır. 

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində satışa çıxardığı güzəştli mənzillərin qiymətləri ictimaiyyətdə müzakirələrə səbəb olub. Bir çox vətəndaş hesab edir ki, regionlarda əməkhaqqı və iş imkanları məhdud olduğu halda, 54-109 min manat arasında dəyişən qiymətlər əhalinin böyük hissəsi üçün əlçatan görünmür. 

Regionlarda orta aylıq əməkhaqqını nəzərə aldıqda MİDA-nın müəyyən etdiyi qiymətlər nə dərəcədə əlçatandır?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında əmlak eksperti Anar Nəsirov bildirib ki, rayonlarda əməkhaqqının yüksək olmaması və iş imkanlarının məhdudluğu fonunda vətəndaşların satışa çıxarılan mənzillərin qiymətindən narazılığını başa düşmək mümkündür: 

“Bu baxımdan, qiymətlərin yüksək olduğu ilə bağlı etirazlar müəyyən qədər əsaslı görünür. Lakin məsələyə digər tərəfdən yanaşdıqda, mənzilin tikintisinin də kifayət qədər böyük maliyyə xərci tələb etdiyi nəzərə alınmalıdır. 

Tikinti materiallarının, o cümlədən sementin, kərpicin, armaturun qiymətləri son illərdə artıb. Bununla yanaşı, tikinti sektorunda çalışan işçilərin əməkhaqları da yüksəlib. Bütün bunlar mənzilin maya dəyərinə birbaşa təsir göstərən amillərdir. Buna görə də satış qiymətini yalnız yüksək hesab etmək düzgün yanaşma olmaz. 

Əslində, problem daha çox bölgələrdə əməkhaqqının aşağı olması və işsizliyin yüksək səviyyədə qalması ilə bağlıdır. Yəni vətəndaşlar üçün mənzillər baha görünür, lakin bu, hər zaman həmin mənzillərin real bazar dəyərindən artıq qiymətə satılması demək deyil. Mənzilin qiyməti onun tikinti xərcləri və qoyulan sərmayə əsasında formalaşır”. 

Onun sözlərinə görə, mənzil qiymətləndirilərkən otaq sayına deyil, kvadratmetrə əsaslanmaq daha düzgündür:

“Sovet dövründə mənzillər daha çox otaq sayına görə qiymətləndirilirdi və bir otağın sahəsi təxminən 27-28 kvadratmetr olurdu.  Müasir tikililərdə isə bir otaqlı mənzillərin sahəsi adətən 45-60 kvadratmetr arasında dəyişir. Buna görə də bu gün əsas meyar kvadratmetr üzrə maya dəyəri hesab edilir.

Rayonlarda təklif olunan mənzillərin qiymətlərini Bakı ilə müqayisə etdikdə də ciddi fərq görünür. Hazırda paytaxtda yeni tikilən bir otaqlı mənzillərin qiyməti bəzi ərazilərdə 200 min manatdan başlayır. 

Bu baxımdan, bölgələrdə təklif olunan mənzillərin qiyməti paytaxtla müqayisədə 4-5 dəfə aşağıdır və bunu həddindən artıq baha hesab etmək düzgün olmaz. Mənzil qiymətlərinin son illərdə artmasının əsas səbəbləri tikinti materiallarının bahalaşması, işçi qüvvəsinin əməkhaqlarının yüksəlməsi və ümumilikdə tikinti xərclərinin artmasıdır. 

Buna görə də bölgələrdəki aşağı əməkhaqqını və işsizliyi birbaşa mənzil qiymətlərinin üzərinə yükləmək doğru yanaşma hesab edilmir. Əksinə, həmin vətəndaşlar üçün daha əlçatan və güzəştli mənzil proqramlarının hazırlanması daha məqsədəuyğun olar”. 

Ekspert qeyd edib ki, yeni sistemdə vətəndaşlar elektron kabinet vasitəsilə SİMA identifikasiyasından keçərək seçimlərini elektron qaydada təsdiqləyəcəklər: 

“Bu yeniliyin əsas məqsədi insan amilini minimuma endirmək və kənar müdaxilə ehtimalını aradan qaldırmaqdır. Elektron seçim mexanizmi prosesin daha şəffaf, obyektiv və maneəsiz həyata keçirilməsinə imkan verəcək. İnsan müdaxiləsinin olmaması güzəşt hüququ olan şəxslərin seçim prosesinin daha ədalətli aparılmasına xidmət edəcək və bu yeniliyi müsbət qiymətləndirirəm".

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: MİDA Anar Nəsirov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Avqust 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri