Icma.az
close
up
RU
Miflər və Arxivlər: Qərbin qadın hekayəsi

Miflər və Arxivlər: Qərbin qadın hekayəsi

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Hürrem Sultan və “Bosforda boğulan 240 qadın” iddiası ətrafında qurulan mif tək bir hadisə deyil. Bu mif daha böyük bir sualın üzünü açır: eyni əsrlərdə Avropada qadın taleyi necə idi?

XVI–XVII əsrlərdə Avropada qadın gücü çox vaxt təhlükə sayılırdı. Bu məsələyə konkret nümunələrlə nəzər salaq. 

Anne Boleyn (1501–1536), İngiltərə kralı VIII Henrinin ikinci arvadı, 1536-cı ildə edam edildi. Ona qarşı zina, dövlətə xəyanət və hətta öz qardaşı ilə cinsi əlaqə ittihamı irəli sürüldü. Tarixçi Eric Ives açıq yazır: “The charges against Anne were almost certainly fabricated.” (Annaya qarşı ittihamlar demək olar ki, uydurma idi.)
Bu, ailə dramı deyildi. Bu, kişi varis doğurmayan kraliçanın siyasi şəkildə aradan qaldırılması idi.

Mary Stuart (1542–1587), Şotlandiya kraliçası, altı günlük körpə ikən taxta çıxdı. O, həm Fransa kraliçası olmuş, həm də İngiltərə taxtına legitim iddia irəli sürmüşdü. Məhz bu legitimlik onu təhlükəyə çevirdi.

1586-cı ildə baş verən Babington Plot hadisəsi onun taleyini həll etdi. Anthony Babington və bir qrup katolik zadəgan I Elizabeti öldürməyi və Mary-ni taxta çıxarmağı planlaşdırdı. Planın mərkəzində Mary-nin razılığı dayanırdı.

I Elizabetin kəşfiyyat rəhbəri Sir Francis Walsingham (1532–1590) Mary-nin bütün yazışmalarını izləyirdi. Məktublar şifrəli idi, pivə çəlləklərində ötürülürdü, lakin açılır, deşifrə olunur və yenidən möhürlənirdi.

Tarixçi John Guy yazır: “Walsingham did not merely uncover the plot; he orchestrated the circumstances that would expose Mary.” (Walsingham sadəcə planı üzə çıxarmadı; Mary-ni ifşa edəcək şəraiti özü qurdu.)

Mary-nin cavab məktubu “razılıq” kimi təqdim edildi. O isə məhkəmədə bildirdi ki, İngiltərə vətəndaşı deyil və bu məhkəmə onu mühakimə etmək hüququna malik deyil.

John Guy qeyd edir: “Mary was executed not only for treason, but because she embodied a rival legitimacy.” (Meri təkcə xəyanətə görə yox, alternativ legitimliyi təmsil etdiyi üçün edam edildi.) 1587-ci ildə onun başı kəsildi.
Jeanne d’Arc (1412–1431), Fransa tarixinin simvolu, 19 yaşında tonqalda yandırıldı. Britaniyalı tarixçi Malcolm Vale yazır: “Joan was condemned not for heresy, but for threatening male authority.” (Jan d’Ark küfrə görə yox, kişi hakimiyyətini təhdid etdiyinə görə məhkum edildi.)

XVI–XVII əsrlərdə Avropada 40–60 min insan cadugərlik ittihamı ilə öldürüldü. Tarixçi Brian Levack yazır: “The vast majority of those executed for witchcraft in Europe were women.” (Avropada cadugərlik adı ilə edam edilənlərin böyük əksəriyyəti qadın idi.) Bu, mif deyil. Bu, məhkəmə protokollarıdır.

İspaniyada Isabella I (1451–1504) güclü monarx idi, lakin onun dövründə İnkvizisiya minlərlə insanı edam etdi. Tarixçi Henry Kamen yazır ki, İnkvizisiya dini və siyasi nəzarət mexanizmi idi. Qadınlar da bu mexanizmin hədəfi idi.

Britaniyada Viktoriya dövrü (1837–1901) qadın hakimiyyətinin simvolu kimi təqdim olunur. Amma hüquqi sistem fərqli idi. Tarixçi Mary Lyndon Shanley yazır: “Under coverture, a married woman had no separate legal identity from her husband.” (Coverture hüquq sisteminə görə evli qadının ərindən ayrı hüquqi şəxsiyyəti yox idi.)
Rusiyada II Yekaterina (1729–1796) imperatriça idi. Amma tarixçi Isabel de Madariaga yazır: “Serfdom remained the foundation of the empire.” (Təhkimçilik imperiyanın əsas dayağı olaraq qalırdı.)
Yəni siyasi zirvədə qadın ola bilərdi, amma sosial baza dəyişmirdi.

İndi eyni dövrün Osmanlı mənzərəsinə baxaq.

Leslie Peirce yazır: “Ottoman women regularly appeared in court to defend their property, claim inheritance, and initiate divorce.” (Osmanlı qadınları mülkiyyətlərini qorumaq, miras tələb etmək və boşanma başlatmaq üçün müntəzəm şəkildə məhkəməyə müraciət edirdilər.)

Judith Tucker qeyd edir: “Women in Islamic courts were active legal participants.” (İslam məhkəmələrində qadınlar fəal hüquqi iştirakçı idilər.)

Osmanlı qadını mehr hüququna sahib idi, miras alırdı, vakıf qururdu, ticarətlə məşğul olurdu və şəriət məhkəməsində ərinə qarşı iddia qaldıra bilirdi.

Hürrem Sultan siyasi təsir göstərirdi.

Leslie Peirce yazır: “The imperial harem was not a site of sexual chaos, but a carefully regulated political institution.” (İmperiya hərəmi cinsi xaos məkanı deyil, diqqətlə tənzimlənmiş siyasi institut idi.)

Kösem Sultan haqqında Caroline Finkel yazır: “Kösem Sultan exercised sovereign authority comparable to any male ruler of her time.” (Kösem Sultan dövrünün kişi hökmdarları ilə müqayisə edilə biləcək suveren hakimiyyət həyata keçirirdi.)

Osmanlı tarixçisi Mustafa Naima isə qeyd edir: “Had it not been for Kösem Sultan, the state would have collapsed more than once.” (Əgər Kösem Sultan olmasaydı, dövlət dəfələrlə süquta uğrayardı.)
Beləliklə, müqayisə açıqdır.

Avropada:

– Kraliçalar alternativ legitimlik təmsil etdikdə edam edilirdi.

– Minlərlə qadın cadugər adı ilə öldürülürdü.

– Evli qadının hüquqi şəxsiyyəti ləğv edilirdi.

Osmanlıda:

– Qadın məhkəmədə hüquqi subyekt idi.

– Miras və mülkiyyət hüququ vardı.

– Dövlət səviyyəsində siyasi təsir imkanları mövcud idi.

“240 qadın” iddiasının arxasında arxiv yoxdur. Anne Boleynin edam hökmü var. Mary Stuartın məhkəmə sənədi var. Cadugər tonqallarının statistikası var. Fərq miflə arxiv arasındadır. Tarix emosional təsvirlərlə yox, sənədlərlə danışır. Osmanlı qadını mif deyil. Hüquqi və siyasi reallıq idi. Əgər kiminsə qadın tarixi ilə bağlı soruşacağı sual varsa, o sual belə olmalıdır: Kim tonqal qururdu, kim isə məhkəmə protokolu aparırdı? Tarix cavabı çoxdan verib...

Elbəyi Həsənli. Sürix

MİA.AZ 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:363
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Fevral 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri