Mikayıl Cabbarov: Bərpa olunan enerji layihələrinə sərmayələri dəstəkləməliyik
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Hər dəfə ənənəvi enerji şirkətlərinin bərpa olunan sərmayələrinə daxil olduğunu gördükdə, bu səyləri dəstəkləməklə məşğul olmalıyıq.
APA xəbər verir ki, bunu COP29 çərçivəsində “Əməkdaşlığın gücü: Xalis sıfır üçün qüvvələrin birləşdirilməsi” mövzusunda Dünya İqtisadi Forumu ilə keçirilən sessiyada iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
O, bildirib ki, Azərbaycanın bu mövzuda irəli sürəcəyi iki təşəbbüs - biri iqlim maliyyəsi, investisiya və ticarət üzrə BiCFİT Bakı təşəbbüsü adlandırdığımız təşəbbüsdür:
"Sabah da bunun üçün əl-ələ verəcəyimiz üçün çox şadıq. Düşünürük ki, bu, bütünlüklə qəbul edilməlidir və bu, səmərəli şəkildə maliyyələşdirilmə ilə bağlıdır.
İkincisi daha mübahisəli və daha çətindir. Lakin Azərbaycanın ikinci təşəbbüsü iqlimin maliyyələşdirilməsi proqramıdır. İdeya əsasən və qalıq yanacaq istehsalçısı olan ölkələrə çağırışdır, həm də korporasiyaları həmrəylik üçün əl-ələ verib bu gün məhz sərmayənin axmadığı ölkələrdə layihələri maliyyələşdirmək üçün istifadə olunacaq bir investisiya fondu kimi adlandırdıq.Hesab edirəm ki, bu, həm də maliyyələşdirmənin səmərəliliyindən danışanda çox perspektivlidir".
Nazir qeyd edib ki, bu gün Azərbaycan, Özbəkistan və Qazaxıstan prezidentləri Xəzər dənizinə yaşıl elektrik kabelinin çəkilməsi haqqında saziş imzalayıblar:
"Bunun digər istiqaməti Qara dəniz yaşıl elektrik kabelidir. Əgər həqiqətən sistemləri, istehsalçını istehlakçı ilə əlaqələndirməsəniz, özəl sektorla bir araya gələn hökumətlər olmasaydı, məncə, bu layihələr ayrıca həyata keçirilə bilməzdi. Maliyyənin səmərəliliyinə gəldikdə, iqlimin iqtisadi planlaşdırmaya inteqrasiyası mənim son nöqtəmdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 13 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















