Mikayıl Cabbarov: Ölkə iqtisadiyyatının neftqaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 25 noyabr, AZƏRTAC
2019-2024-cü illərdə qeyri-neft-qaz ixracının təqribən iki dəfədən çox artması gözlənilir. Ölkənin maliyyə təhlükəsizliyi yastığı, strateji valyuta ehtiyatları isə 2019-cu ilin əvvəlindən 2024-cü ilin 1 noyabrınadək 1,6 dəfə artaraq 73 milyard dollara çatıb. Bu da təqribən cari il üzrə gözlənilən ümumi daxili məhsul səviyyəsindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.
O bildirib ki, son illərdə ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.
“Neft hasilatının pik həcmi 2010-cu ildə qeydə alınıb – 50,8 milyon ton. 2014-cü ildə ölkədə neft hasilatı 42,1 milyon ton təşkil edirdi. 2018-ci ildə neft hasilatı 38,8 milyon ton, 2021-ci ildə 34,6 milyon ton olmuşdur. 2024-cü ildə isə neft hasilatının proqnozlaşdırılan həsmi 29,2 milyon tondur. Cari ildə “Brent” markalı neftin qiymətinin isə təxminən 80 dollar ətrafında olacağı gözlənilir. 2014-cü ildə “Brent” markalı neftin orta qiyməti 99 dollar idi. Qeyd edilən dövr ərzində dövlət büdcəsinin neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalıb”, - deyə nazir əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 25 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















