Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində problem necə həll olunur?
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışında Bakı şəhərinin Yasamal rayonu, Mikayıl Müşfiq və İsmayıl bəy Qutqaşınlı küçələrinin kəsişməsində yaranan problemlə bağlı aidiyyəti qurumun tətbiq etdiyi qaydalar diqqətə çatdırılıb.
Məsələ ilə bağlı Baku TV-nin videomaterialını təqdim edirik:
Rubrikanın əvvəlki buraxılışında təklif olunmuşdu ki, kəsişmədən sonra Nərimanov heykəli istiqamətində velosiped zolağı mövcud olmadığından onun kəsişməyə 30-40 metr qalmış ləğv edilməsi və həmin hissənin yalnız sağa dönən nəqliyyat vasitələri üçün ayrılması daha məqsədəuyğundur.
Eyni zamanda sağa dönmə zolağının həm düzünə, həm də sağa hərəkətə icazə verəcək formada təşkili təklif edilmişdi.
Aidiyyəti qurum isə problemə cavab olaraq əsas arqument kimi darboğaz effektini göstərib. Lakin oxşar hallar şəhərin digər ərazilərində də müşahidə olunur.
Belə ki, yeni xətlənmiş İnşaatçılar prospekti ilə Bakıxanov və İzmir küçələrinin kəsişməsində yol hərəkətinin yenidən təşkili nəticəsində İzmir parkının qarşısında darboğaz yaranıb. Çünki zolaq sayları uyğun gəlmir.
Darboğaz effektinin yarandığı digər nöqtə Babək prospektindən Heydər Əliyev prospekti istiqamətində qeydə alınır. Həmin hissədə yol əvvəl üç zolaqdan ikiyə, daha sonra isə bir zolağa qədər daralır.
Oxşar vəziyyətin Ziya Bünyadov prospektində də müşahidə olunduğu bildirilib.
Qeyd olunub ki, bu cür daralmalar xüsusilə şəhər mərkəzinə yaxın ərazilərdə təhlükə yaradır, kənar istiqamətlərdə isə hərəkət intensivliyi az olduğundan risk bəzən kritik səviyyədə qiymətləndirilməyə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 06 Yanvar 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















