Icma.az
close
up
RU
Mikayıl Müşfiq mühasibdən pulu necə almışdı? Tarixin kulisi

Mikayıl Müşfiq mühasibdən pulu necə almışdı? Tarixin kulisi

Icma.az, Kulis.az portalına istinadən məlumat verir.

Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində Kamran Məmmədovun Mikayıl Müşfiq haqqında yazısını təqdim edir.

Şeir Müşfiqin həyatına hakim kəsilmişdi. O bu hakimin iradəsinə tabe olur, ancaq şeir yazdığı günü ömrünün ən vəfalı günü adlandırırdı:

Ey şeir yazmaqla keçən günlərim!
Siz ki, ən vəfalı günlərimsiniz.

Sənətin bədii təsir gücünə yüksək qiymət verən Müşfiq sənət dahiləri qarşısında ehtiramla baş əyirdi.

Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının vaxtsız vəfatı şairi yasa batırmışdı:

Duyulsun ki, ölən bir sənətkardır,
Sənətdə yer gücü, göy gücü vardır!

***
İlhamsız yazan, eşqi, ehtirası olmayanların şairlik iddiasına düşmələri Müşfiqi qəzəbləndirirdi:

Şairə ilhamdan maya gərəkdir!
Anasız çocuğa daya gərəkdir!
Şairəm söyləyir yerindən duran,
Adamın üzündə həya gərəkdir!

***
Müşfiq şeirdə yüksək ideya, dolğun məzmun və sənətkarlıq görmək arzusu ilə yanırdı:

Qoxusuz lalədir mənasız şeir,
Qanadsız bir quşdur xülyasız şeir,
Gözəlsiz, çalğısız məclisə bənzər,
Məzmunsuz, ahəngsiz, adasız şeir.


Deyirlər Füzuli şeir dühası idi Müşfiq üçün. O, gecələr yataqda gözlərini Füzuli divanı ilə yumar, səhərlər Füzuli divanı ilə açarmış. Füzulinin sehrkar qələminə heyranlığını heç cür gizlədə bilmirmiş. Bir gün o, dostu şair Mirmehdi Seyidzadəgildə gecələyir. Səhər tezdən Müşfiq əlində Füzuli divanı Mirmehdini yuxudan oyadır:

- Mirmehdi, bax, gör bir nə deyir! Belə də gözəl söz olar! Hər misrada nə qədər böyük məna var! Biz də adımızı şair qoymuşuq...

***
Müşfiqin vaxtilə oxuyub bəzi səhifələrində qeydlər etdiyi həmin Füzuli divani hazırda şair Mirmehdi Seyidzadənin şəxsi kitabxanasındadır.

Müşfiq həyatı bütün rəngarəngliyi ilə sevirdi. Xoş əyləncə, zarafat, incə yumor hissi onun mənəvi cazibə qüvvəsini daha da artırırdı.

Bir gün yazıçı yoldaşlar "Azərnəşr"in baş mühasibi, folklorçu Əbülqasım Hüseynzadədən avans almaq istəyir. Lakin Əbülqasımın avans pul verməklə arası olmadığını bildikləri üçün, ona şeir ilə müraciət etməyi qərara alırlar.

Həmin şeiri Müşfiq elə oradaca yazır:

"Be hüzuri-ağayi-büzurkü və cənabı-müstə- tab, hatǝmi-zəmanə Əbülqasım Hüseynzadǝyǝ:

Əssalam, ey bizim Əbülqasım,
Sənə var çoxlu-çoxlu ixlasım.
Yığılıb bir neçə ədibişǝhir
Tökdülər böylə günə bir tədbir.
Gər, düzəltsən bizim bu xeyr işi sən
Hamımız söylərik: Əcəb kişisən!
İş qalıbdır öz iltifatınıza,
Əliniz getsə portmanatınıza,
Bizə bir yüz manat barat eylər,
Mərd olan burda iltifat eylər.

Mehdiyu, Vahidü, Rza, Rahim,
Müşfiqəm, pəs tutar səni ahim.
Verməsən, həcvdir bunun dali,
Bəs ki, mətləbdan olginən hali.
Bədət-təhrir:
Qapıdan girdi böylə bir anda,
Qoşuldu bizə Süleyman da.
Ağanın yoxdur etirazı buna,
Hörmət et məclisi-humayuna.

Əz tərəfi: Müşfiq Dağlı, əz tərəfi R. Rza Göyçayi, əz tərəfi Mammad Rahim Badkubeyi, əz tərəfi Mehdi Qazaği, əz tərəfi Vahidi Qəzəlxani, əz tərəfi Ağayi Məzlum, əz tərəfi Süleyman Noxani... işlərə əsas bani..."
***

Bir dəfə Müşfiq Dilbər xanımla tramvayda harasa gedirmiş. Şairin baxışları pəncərədən bayıra zillənmiş, nə haqqında isə düşüncələrə dalmışdı. O, birdən nəzərini Dilbərə çevirəndə gözü onlarla üzbəüz oturan bir kişiyə sataşır. Sir-sifəti çopur, gözlərindən hərislik yağan kişi də, demə, nəzərlərini onlara zilləyibmiş. Müşfiq elə o dəqiqə Dilbər xanımın qulağına pıçıldayır:

- Dur keçək başqa yerdə oturaq.

Tez də yerlərini dəyişirlər. Müşfiq deyir:

- Mən indicə xəyalımda səmimi, zərif qǝlbli, zahircə gözəl, sadə bir insan haqqında düşünürdüm. Belə bir vaxtda bu kişinin sifətini görəndə, elə bil başımdan alov çıxdı.

Şeirdə nadir hafizəsi olan Müşfiqin həyatda, məişətdə yaddaşı çox zəif idi. Bu barədə dövrü mətbuatda qəribə bir yoldaşlıq şarjı çıxmış və altında yazmışdılar ki, guya şair papağını itirir və onu tapmaq üçün hər yeri axtarır, bir də görür ki, papaq qoltuğundadır. Huşsuzluğunu etiraf edan Müşfiq rus şairi Marşakın "Huşsuza bax, huşsuza!" əsərini öz doğma dilinə tərcümə edərkən deyərmiş:

- Şair lap mənim obrazımı yaratmışdır!

***

Qüvvətli hafizəsinə arxayın olan Müşfiq çox vaxt qoşduğu şeiri uzun müddət kağıza köçürməzdi. Öz şeirlərini və sevdiyi klassiklərin əsərlərini əzbər bilərdi. Bir dəfə Müşfiq tələbə ikən müəllim növbəti dərsdə məşhur türk şair Tofiq Fikrətin yaradıcılığından məruzə oxuyacaqmış. Lakin T. Fikrətin kitabını özü ilə götürməyi yaddan çıxaran müəllim dərsi təxirə salmaq istəyir. Bu vaxt Müşfiq icazə alıb deyir:

- Müəllim, dərsi təxirə salmayın. Tofiq Fikrətin hansı əsəri lazımdırsa, mən onu əzbər deyə bilərəm.

Müəllim təəccüblənir:

- Sən onun hansı əsərini bilirsən?

Müşfiq də qürrələnir:

- Müəllim, siz məndən soruşun ki, Tofiq Fikrətin hansı əsərini bilmirsən?

Müəllim bu dəfə fərəhlə gülümsəyir:

- Demək, onun bütün əsərlərini bilirsən?

- Bəli.

- Onda dərsə başlayaq, - müəllim Tofiq Fikrətin yaradıcılığı haqqında növbəti mühazirəsini Müşfiqin köməkliyi ilə oxuyur.

***

Müşfiq qayğıkeş, tələbkar, mehriban bir müəllim kimi şagirdlərin dərin məhəbbətini qazanmışdı. Şair çox cavan olmasına baxmayaraq, şagirdlərinə "oğlum", "qızım" deyə müraciət edərdi. Şairin istəkli şagirdləri çox idi. Onlardan biri də Zəhra idi. Bir gün, 1934-cü il mart ayının 11-də Müşfiq sinfə daxil olarkən balaca Zəhra əlində tutduğu kiçik albomu ona uzadır:
- Müəllim, bura bir şeir yazınız.

Müşfiq albomu alıb gülümsəyir:

- Yaxşı, sən get sinif jurnalını gətir, mən də sənin üçün şeir yazım.

Zəhra elə güman edir ki, müəllim albomu evə aparıb sonra gətirəcəkdir. Amma elə olmur. O, sinif jurnalını müəllimlər otağından gətirəndə Müşfiq alboma yazdığı sətirləri tamamlamaqda idi.

Şair albomu Zəhraya qaytarır.

"Zəhra üçün" sözlərini görəndə qız gözlərinə inanmır. İnanmır ki, əziz müəllimi bu tezlikdə ona aşağıdakı şeiri yazıb:

İrəli qaç, irəli,
Ey mənim gözəl qızım.
Qalma həyatdan geri,
Oxu mükəmməl, qızım.

Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir quş kimi qanadlan,
Göylərə yüksəl, qızım!

Mehriban ol insana,
Bir yuxarı baxsana,
Göydən Günəş, Ay sana,
Eləyir "gəl-gəl", qızım.
_____

Fotonu rənglədi: Tural Hüseyn

Nizaməddin məscidi nəzarətə götürülüb Aranda kino günlərinə start verilir Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Aprel 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see305

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see223

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see176

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see175

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see158

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see157

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see150

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see140

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see138

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see137

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri