Icma.az
close
up
RU
Mikel Alvaro Salazar: Əminəm ki, Qarabağ a yaxşı oyunçu verə biləcəyik FOTO MÜSAHİBƏ

Mikel Alvaro Salazar: Əminəm ki, Qarabağ a yaxşı oyunçu verə biləcəyik FOTO MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda legioner həyatı yaşamış Mikel Alvaro Salazar hazırda futbolçu agenti kimi çalışır. “İnter”in (indiki “Şamaxı”) keçmiş yarımmüdafiəçisinin, hətta Premyer Liqamızda da oynayan futbolçuları var.

İdman.biz xəbər verir ki, Sportal.az-a müsahibə verən ispan həm o futbolçular, həm də Azərbaycan klubları ilə işbirliyindən danışıb.

- Azərbaycan klubları ilə əməkdaşlıq etdiyini bilirəm. Premyer Liqada futbolçuların oynayır. Ümumiyyətlə, Azərbaycan klubları ilə əməkdaşlıq etmək asandır?

- Azərbaycanda klubları maraqlandıran oyunçuları tapmaq asan deyil. Halbuki orada bir çox ispan oyunçu çox yüksək səviyyədə çıxış edib. İspaniyanın aşağı liqalarında çox yaxşı oyunçular var və mən əminəm ki, onlar Azərbaycan Premyer Liqasında çox yaxşı səviyyədə oynaya bilərlər. Çünki mən Azərbaycan çempionatını çox yaxşı bilirəm.

- Demək ki, daimi olaraq Azərbaycan Premyer Liqasını izləyirsən. Bu liqa haqqında nə düşünürsən? Səncə, indi çempionat daha da güclənib, yoxsa sənin dövrünüzdə bundan üst səviyyədə?

- Əlbəttə, Azərbaycan Premyer Liqasını yaxından izləyirəm. Çünki “Sabah”da Con İrazabal, “Səbail”də isə Qorka Larruça ilə əməkdaşlıq edirəm, onların bütün oyunlarına baxıram. Digər komandaların da oyunlarına baxıram: “Neftçi”, “Qarabağ”, “Zirə”, “Araz-Naxçıvan”, “Sumqayıt”... Çünki həmin komandaların oyunçularını, məşqçilərini tanıyıram. Mən orada olanda da liqa güclü idi. Amma düşünürəm ki, “Qarabağ” hazırda bir pillə yuxarıdadır və hər il avrokuboklarda çıxış edərək bunu sübut edir.

- “Qarabağ”la əməkdaşlıq edirsiniz?

- Xeyr, hazırda “Qarabağ”la heç bir əməkdaşlığım yoxdur, müqavilə bağlamamışam. Amma əminəm ki, gələcəkdə biz onlarla bəzi sövdələşmələr edib, ora yaxşı oyunçu verə biləcəyik.

- İspan futbolçuların Azərbaycan Premyer Liqasında özlərini yaxşı tərəfdən göstərdiyini söyləmək olar?

- Bəli, düşünürəm ki, ispan futbolçular Azərbaycan Premyer Liqasında çox yaxşı çıxış ediblər. Mən orada oynadığım müddətdə Mario Abrante, Alberto Noquera kimi futbolçular oynayırdı. Ondan sonra isə "Qarabağ"da Miçel və Dani Kintana, hazırda "Sabah"da Con İrazabal, "Turan-Tovuz"da Aleks Serrano və "Səbail"də Qorka Larruçeanı qeyd etmək olar. İspan futbolçular topla keyfiyyət gətirməklə yanaşı, işlərinə çox sadiqdirlər və Azərbaycanda futbolun necə oynanılmasına yaxşı və tez uyğunlaşırlar. Buna görə də inanıram ki, klublar heyətlərini daha çox ispan oyunçu ilə gücləndirsələr, səhv etməyəcəklər. Aydındır ki, bu, həmişə nəticə vermir və uğur qazanmayan oyunçular da olub. Lakin Azərbaycanda uğurlu olanlar daha çoxdur.

- “İnter”də baş məşqçin olan Kaxaber Sxadadze hazırda “Qəbələ”ni çalışdırır. Böyük ehtimalla bu klub yeni sezon Premyer Liqaya qayıdacaq. Kaxaber Sxadadze ilə danışırsan, onlarla əməkdaşlıq etməyin mümkündür?

- Bəli, “Qəbələ”ni də izləyirəm və bilirəm ki, onlar əla mövsüm keçirirlər, Premyer Liqaya layiqli qayıdışa getdikcə yaxınlaşırlar. Mən buna görə də çox xoşbəxtəm. Çünki orada Kaxadan başqa fitness məşqçisi Miloş da var. Səlahət Ağayev, Asif Məmmədovla da “İnter”də komanda yoldaşı olmuşuq. Klubun idman direktoru Səbuhi Səfiyarlı ilə də yaxşı münasibətim var. Beləliklə, “Qəbələ” Premyer Liqaya qayıdışı rəsmiləşdirsə, əminəm ki, komandanı gücləndirmək üçün oyunçular haqqında danışacağıq.

- Con İrazabal və Qorka Larruçeanın Azərbaycandakı performansından razısan?

- Düşünürəm ki, İrazabal orada çox yaxşı üç mövsüm keçirib. Qorka da "Səbail"də çox yaxşı oynayıb. Hər ikisi komandalarına xeyir verməyi bacarıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 07 Mart 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see310

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see264

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see234

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see192

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see151

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see143

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see141

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see138

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see135

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see133

İdman etməyin faydaları

24 Oktyabr 2025 12:06see131

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see129

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see127

Flavinyo küsgündü: “Neftçi” ilə danışmışdıq ki...

24 Oktyabr 2025 11:12see125

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see125

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see124

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see123

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see121

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see121

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri