Icma.az
close
up
RU
Mikoplastik insanın bütün araşdırılmış arteriyalarında aşkar edilib Tədqiqat

Mikoplastik insanın bütün araşdırılmış arteriyalarında aşkar edilib Tədqiqat

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çinin Paytaxt Tibb Universitetinin alimləri insanın bütün araşdırılmış arteriya nümunələrində mikroplastik hissəciklər aşkar ediblər.

Bizimyol.info xəbər verir ki, alimlər cərrahi əməliyyatlar zamanı götürülmüş 17 arteriya toxuması nümunəsini təhlil ediblər. Mikroplastik hissəciklər bütün nümunələrdə aşkarlanıb və onların konsentrasiyasının daha əvvəl qanda qeydə alınmış göstəricilərdən yüksək olduğu müəyyən edilib.

Mikroplastik üç növ arteriyada – koronar arteriyalarda, yuxu arteriyalarında və aortada aşkar olunub. Eyni zamanda, aterosklerotik lövhələr olan arteriyalarda mikroplastikin səviyyəsi belə dəyişikliklər olmayan toxumalara nisbətən təxminən iki dəfə yüksək olub.

Tədqiqat müəllifləri bildirirlər ki, bu nəticə mikroplastikin toplanması ilə ürək-damar xəstəlikləri arasında mümkün əlaqəyə işarə edə bilər. Bununla belə, onlar bu fərziyyənin təsdiqlənməsi üçün əlavə araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Nümunələrdə ən çox rast gəlinən plastik növü bütün aşkar edilmiş hissəciklərin təxminən 74 faizini təşkil edən polietilen tereftalat (PET) olub. Bu material plastik butulkaların, qida qablaşdırmalarının və sintetik geyimlərin istehsalında geniş istifadə edilir.

Tədqiqatçıların fikrincə, mikroplastik insan orqanizminə qida, içkilər və hava vasitəsilə daxil ola, daha sonra qan dövranına keçərək toxumalarda toplana bilər.

Məqalə müəllifləri 2024-cü ildə "The New England Journal of Medicine" jurnalında dərc olunmuş başqa bir araşdırmaya da istinad edirlər. Həmin tədqiqat çərçivəsində alimlər təxminən üç il ərzində 257 pasiyenti izləyiblər və aterosklerotik lövhələrdə mikroplastikin mövcudluğunun infarkt və insult riskinin artması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Bununla yanaşı, mütəxəssislər hazırkı elmi məlumatların mikroplastiklə ürək-damar xəstəliklərinin inkişafı arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcud olduğunu söyləmək üçün hələ kifayət etmədiyini qeyd edirlər.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 04 Avqust 2026 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see346

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see333

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see319

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see312

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see289

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see276

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see271

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see254

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see240

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see235

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see234

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see228

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see220

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see217

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see213

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see213

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see209

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see206

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri