Azərbaycanlı siyasətçi qətli sifariş verib? ŞOK DETALLAR
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Keçmiş həyat yoldaşının sifarişli qətlini hazırlamaqda ittiham olunan, Qardabani Bələdiyyə Məclisi sədrinin sabiq müavini və müxalif siyasətçi Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
Avtosfer.az 24News.ge-ya istinadla xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Mzia Qarsaulişvili qəbul edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Prokurorluq onun həbsini, müdafiə tərəfi isə 50 min lari girov müqabilində azadlığa buraxılmasını istəyib. Hakim yekunda Orucov barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Rəfi Orucova Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə 20 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən edir.
İttiham tərəfinin məlumatına görə, R.Orucov boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etmək qərarına gəlib. O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində muzdlu qatil tapmağı tapşırıb.
İttihama əsasən, Orucov qətlin onların üç azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 19 Noyabr 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















